Icma.az
close
up
RU
Orucun tibbi və elmi baxımdan faydaları

Orucun tibbi və elmi baxımdan faydaları

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 fevral, AZƏRTAC

Müasir elmi araşdırmalara əsasən, oruc tutmağın insan sağlamlığına müsbət təsiri çoxsaylı tədqiqatlarda öz təsdiqini tapıb. Qida qəbulunun müəyyən müddət ərzində məhdudlaşdırılması metabolik sistemin yenidən tənzimlənməsinə, enerji mübadiləsinin optimallaşmasına və bir sıra xroniki xəstəlik risklərinin azalmasına səbəb olur. Tibb mütəxəssislərinin ümumi qənaətinə görə, sağlam fərdlərdə düzgün və balanslı şəkildə icra edilən oruc metabolik göstəricilərin yaxşılaşmasına kömək edir. Həzm sistemi xəstəlikləri, ağır reflüks, böyrək daşı, insulinə ehtiyac duyan şəkərli diabet və ya gün ərzində müntəzəm dərman qəbulu tələb edən xroniki xəstəlikləri olan şəxslər mütləq həkim nəzarəti altında qərar verməlidirlər. Müasir tibbi yanaşma da fərdi sağlamlıq vəziyyətinin prioritet məsələ olduğunu vurğulayır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Hacı Cavad məscidinin imamı İbrahim Quliyev deyib. O, orucun metabolik və ürək-damar sisteminə təsirindən danışaraq bildirib: “Oruc zamanı kalori qəbulunun azalması bədəndə piy toxumasının tədricən azalmasına səbəb olur. Bədən çəkisinin azalması arterial təzyiqin normallaşmasına, qanda qlükoza səviyyəsinin tənzimlənməsinə müsbət təsir göstərir. Tədqiqatlar göstərir ki, aralıqlı aclıq mexanizmi insulin həssaslığını artırır və metabolik sindrom riskini azalda bilər. Ürək-damar xəstəlikləri müasir dövrdə geniş yayılmış patologiyalar sırasındadır. Kalorinin nəzarətli məhdudlaşdırılması damar divarında iltihabi proseslərin azalmasına və oksidativ stresin zəifləməsinə səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə ürək-damar sağlamlığının qorunmasına xidmət edir”.

İbrahim Quliyev artıq çəki və qeyri-sağlam qidalanma fonunda yaranan piyli qaraciyər probleminin hazırda geniş yayıldığını vurğulayıb: “Çəkinin azalması və metabolik balansın yaxşılaşması qaraciyər hüceyrələrinin funksional vəziyyətinin bərpasına kömək edir. Eyni zamanda, oruc həzm sisteminə nisbi istirahət imkanı yaradır. Qida qəbulunun fasiləli şəkildə dayanması mədə-bağırsaq traktının funksional yükünü azaldır və fermentativ proseslərin daha nizamlı şəkildə baş verməsinə şərait yaradır. Bu da uzunmüddətli dövrdə həzm prosesinin effektivliyini artırır. Elmi araşdırmalar göstərir ki, oruc orqanizmdə bəzi iltihabın azalması ilə müşayiət oluna bilər. İltihabın azalması isə bir çox xroniki xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Orucun psixoloji təsiri də diqqətəlayiqdir. Qida nəzarəti, iradə tərbiyəsi və mənəvi motivasiya insanın daxili sakitliyinə və emosional tarazlığına müsbət təsir göstərir. Psixosomatik tibb sahəsində aparılan müşahidələr göstərir ki, mənəvi motivasiyaya əsaslanan ibadətlər stres səviyyəsinin azalmasına və psixoloji dayanıqlığın artmasına səbəb olur”.

O qeyd edib ki, orucun yalnız fiziki deyil, həm də mənəvi və əxlaqi yönü “Qurani-Kərim”də xüsusi vurğulanıb: “Əl-Bəqərə surəsinin 183-cü ayəsində deyilir: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edildi ki, təqvalı olasınız”. Bu ayə göstərir ki, orucun əsas məqsədi təqva və özünənəzarətin formalaşdırılmasıdır. Ayənin davamında Allah-taala xəstə və səfərdə olan şəxslər üçün asanlıq nəzərdə tutur. Bu isə İslam hüququnda sağlamlığın qorunmasının prioritet məsələ olduğunu açıq şəkildə ortaya qoyur. Həzrət Peyğəmbər buyurub: “Oruc tutun ki, sağlam olasınız”. Bu hədis orucun sağlamlıqla əlaqəsini yığcam şəkildə ifadə edir. Başqa bir hədisdə belə buyurulur: “Bədəninin sənin üzərində haqqı vardır”. Bu prinsip göstərir ki, ibadət insanın sağlamlığına zərər verməməli, əksinə, onun qorunmasına xidmət göstərməlidir. Müasir tibb elmi ilə İslamın prinsipial mövqeyi arasında mühüm uyğunluq mövcuddur. Hər iki yanaşma sağlam fərdlər üçün orucun potensial faydalarını qəbul edir, lakin xəstəlik hallarında fərdi tibbi qiymətləndirməni zəruri sayır. İslam hüququnda da sağlamlığa zərər ehtimalı olan hallarda orucun təxirə salınması və ya tutulmaması icazəlidir.

Elmi araşdırmalar göstərir ki, sağlam fərdlərdə düzgün təşkil edilmiş oruc metabolik sağlamlığın yaxşılaşmasına, iltihabi proseslərin azalmasına, psixoloji sabitliyin artmasına və bəzi xroniki xəstəliklərin riskinin azalmasına səbəb ola bilər. Bununla yanaşı, oruc fərdi sağlamlıq vəziyyəti nəzərə alınmaqla və zərurət olduqda tibbi məsləhətlə icra edilməlidir. Deməli, oruc həm tibbi, həm də mənəvi baxımdan insan həyatında kompleks və çoxşaxəli müsbət təsirə malik ibadət forması kimi qiymətləndirilə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Fevral 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see226

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see214

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see212

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see209

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see204

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see200

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see196

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see194

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see193

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see188

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see186

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see183

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see182

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see182

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see181

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see180

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see179

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see173

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri