Icma.az
close
up
RU
Orxan Məmmədov: Rəqəmsal mühitdə süni intellekt üzərindən biznes bələdçisi alətinin yaradılması nəzərdə tutulur

Orxan Məmmədov: Rəqəmsal mühitdə süni intellekt üzərindən biznes bələdçisi alətinin yaradılması nəzərdə tutulur

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Süni intellekt texnologiyaları gündən-günə nəinki iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə, hətta gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilir. Son illər bu texnoloji yeniliyin nəzərəçarpacaq inkişafı və qlobal miqyasda bütün sahələrə təsirləri göz önündədir.

AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə

Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, yeni texnologiyaların sürətli inkişafı iqtisadi və sosial sektorlarda daha səmərəli qərarların qəbulunu sürətləndirir və süni intellektin analiz bacarıqları şirkətlərə və dövlət orqanlarına müştəri və vətəndaşların davranışlarını daha yaxşı anlamağa və buna uyğun strategiyalar hazırlamağa imkan verir. Bu baxımdan, beynəlxalq səviyyədə süni intellekt texnologiyaları ilə bağlı baş verən inkişaflardan və proseslərdən geri qalmaq bir müddət sonra iqtisadiyyatımız və bütövlükdə ölkəmiz üçün əhəmiyyətli çağırışlar və ciddi təhlükəsizlik riskləri yarada bilərdi:”Ona görə də artıq dövlət tərəfindən bu sahəyə diqqətin bir qədər də artırılmasına ehtiyac yaranmışdı və müvafiq addımlar da atıldı. “Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt Strategiyası”nın qəbul olunması buna əyani misaldır. KOBİA olaraq, proseslərdən kənarda qala bilməzdik və bu baxımdan, fəaliyyətimizi iki mühüm istiqamət üzrə qurmuşuq. Birinci istiqamət, süni intellektə əsaslanan həll yollarının daxili biznes proseslərimizə və KOB-lara yönələn xidmət alətlərinə inteqrasiya edilməsi ilə bağlıdır. Bu məqsədlə e-KOB evi portalı layihəsi çərçivəsində işlər aparılır. Rəqəmsal mühitdə süni intellekt üzərindən biznes bələdçisi alətinin yaradılması nəzərdə tutulur. Yaxın gələcəkdə, həmçinin KOB sektoru üzrə qiymətləndirmənin aparılması və daha effektiv strateji qərarların qəbulu üçün süni intellektə əsas biznes analitikası sisteminin inkişafı barədə düşünürük. Mövcud və inkişaf etməkdə olan süni intellekt alətləri vasitəsilə biznes analitikasının məzmunu sürətlə inkişaf edir. Biz də fəaliyyətimizin optimallaşdırılması və KOB sektorunun daha effektiv dəstəklənməsi üçün yeni dövrün resurslarından geniş şəkildə istifadə etməyi hədəfləyirik. İkinci istiqamət isə süni intellekt texnologiyalarının KOB sektorunda tətbiqinin təşviq edilməsi ilə bağlıdır. Bu istiqamət üzrə həm mövcud dəstək mexanizmləri çərçivəsində, həm də tərəfdaş qurumlar ilə birgə layihə və proqramlar vasitəsilə müvafiq tədbirlər həyata keçiririk”.

Orxan Məmmədov vurğulayıb ki, KOB sektorunun digər bir əhəmiyyətli rolu onun cəmiyyətin süni intellekt texnologiyalarına hazırlıq səviyyəsini və ondan istifadə bacarıqlarını artıra bilməsi ilə bağlıdır. “Mövcud son statistikaya əsasən ölkədə muzdlu işçi qüvvəsinin 44 faizi KOB sektorunda çalışır. Potensial müştəri bazasını da nəzərə alsaq, bu o deməkdir ki, KOB-lar geniş əhali kütləsinə çıxış və təsir imkanına malikdir. Düşünürəm ki, sektoral bölgüdən asılı olmayaraq, süni intellekt təşəbbüslərinin həyata keçirilməsi zamanı bu amilin nəzərə alınması vacibdir. KOBİA olaraq biz dövlət və özəl tərəfdaşlar ilə birgə fəaliyyətə hazırıq. Çünki, fəaliyyətimizin ilk dövrlərindən KOB subyektləri davamlı və sistemli kommunikasiya kanalları yaratmışıq. KOBİA yanında Biznes Şuranın dəstəyi ilə sektoral müzakirələr keçirir, KOB dostları vasitəsilə regional görüşlər təşkil edir və daxili resurslarımız, eləcə də ixtisaslaşmış şirkətlər cəlb etməklə müxtəlif mövzularda sorğular aparırıq. Qeyd edilən alətlər yeni texnoloji həll yollarının hazırlanması və biznes sektoru üzrə kütləviliyin təmin edilməsi baxımından tərəfdaşlarımız üçün faydalı ola bilər. Bütövlükdə cəmiyyətin süni intellekt texnologiyaları üzrə transformasiyana effektiv şəkildə nail olmaq üçün ölkə üzrə bütün səylərin birləşdirilməsi vacibdir. Burada dövlət, özəl sektor, akademik dairələr və geniş ictimaiyyət arasında faydalı iş birliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırkı beynəlxalq konfrans da bir çox maraqlı tərəfləri bir araya gətirməklə unikal platforma rolunu oynayır", - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri