Osimenin zədəsi “Qalatasaray”lı azarkeşləri qorxutdu
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimen DÇ-2026-nın pley-off mərhələsinin finalında Nigeriya millisinin Konqo Demokratik Respublikası ilə oyunu zamanı zədələnərək, meydanı göz yaşları içində tərk edib.
“Yeni Sabah” xəbər verir ki, nigeriyalı menecer Erik Çelle Osimenin ayağının arxasındakı narahatlıq səbəbindən fasilədə əvəzləndiyini bildirib.
"Qalatasaray" azarkeşlərinin səbirsizliklə xəbər gözlədiyi Osimenlə bağlı sosial mediada açıqlama yayılıb.
Osimenin yaxın dostu Buchi Laba deyib ki, futbolçu lazımi müayinə və tibbi yardım üçün ən qısa zamanda İstanbula dönəcək. İlkin əlamətlər zədənin ciddi olmadığını göstərir.
Ulduz futbolçunun qarşıdakı matçlara çıxıb-çıxmayacağına İstanbuldakı müayinələrdən sonra qərar veriləcək.
Baxış sayı:92
Bu xəbər 17 Noyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















