Icma.az
close
up
RU
“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? Kino xadimlərindən AÇIQLAMA

“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? Kino xadimlərindən AÇIQLAMA

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən film 2025-ci ildə Azərbaycanın "Ən yaxşı xarici bədii film" kateqoriyasında “Oskar” mükafatına namizəd təqdim edilib. Bakıda bir əsr öncə baş vermiş tarixi hadisələrdən və dövrün görkəmli mesenatından bəhs edən film 2024-cü ildə çəkilib. Dörd seriyalı ekran əsərinin ötən il təqdim edilməsinə səbəb Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinin qeyd olunması idi.  
Yerli tamaşaçılar tərəfindən çox maraqla qarşılanan bu film görəsən xarici tamaşaçıların və film mütəxəssislərin də marağına səbəb olacaqmı?
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Bizim.Media-ya açıqlamasında bildirdi ki, təkcə bu film yox, ümumiyyətlə bizim filmlər onların marağında deyil:
“Olanımız budur da, neyləyək?”
“Mən hələ imkan tapıb filmi izləməmişəm. Bilirəm ki, “Oskar” mükafatında seçimlər münsiflər arasında gizli şəkildə aparılır. Amma onu deyə bilərəm ki, bizim filmlər Amerika standartlarına uyğun deyil. Onların özlərinin standartları, müəyyən meyarlar var ki, bunlara uyğun gəlmir. İndi olanımız budur da, neyləyək?”, - deyə R.Balayev vurğuladı.
Tanınmış kinorejissor Oqtay Mirqasımov isə həmin qərb standartlarını detallı şəkildə şərh etdi:
“Əslində hamımızın arzusudur ki, Azərbaycan filmi “Oskar” kimi yüksək mükafata layiq görülsün. Amma təəssüf ki, indiki halda mümkün deyil. Azərbaycan xalqında həmişə əxlaq, ailəyə hörmət, kişi və qadın arasında qarşılıqlı sayğı, abır olub, böyük-kiçik bilinib. Doğrudur, əvvəlki dövrlərdə buna daha çox diqqət edilirdi. Amma indi də şükür var. Bunlar bizim xalq olaraq müsbət cəhətlərimizdir, amma özümüz üçün. Qərb üçün bu maraqlı deyil, onların öz maraqları var”.
O.Mirqasımov vurğuladı ki, “Oskar” mükafatı, xüsusilə də xarici filmlər nominasiyasında mükafat hər zaman obyektiv verilmir:  
 

“Azərbaycandan təkcə “Oskar”a yox, hansısa festivala bir əxlaqsız film göndərsələr, mütləq ona bir neçə mükafat verəcəklər. Çünki istəyirlər ki, biz də onlar kimi olaq. Bununla da milli mənəviyyatımızı korlamaq, kimliyimizi unutdurmaq, özlərinə bərabər etmək istəyirlər”.


Qeyd edək ki, “Tağıyev: neft” filmi çəkiliş miqyasına görə Azərbaycan kinematoqrafiya tarixində mühüm hadisədir: film 76 fərqli məkanda çəkilib, Tarixi səhnələrin realistik şəkildə təqdim edilməsi məqsədilə 300-dən artıq dekorasiya hazırlanıb.  
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri