Icma.az
close
up
RU
Oskürəkdən əziyyət çəkirsiniz? 10 ən təsirli təbii vasitə!

Oskürəkdən əziyyət çəkirsiniz? 10 ən təsirli təbii vasitə!

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Öskürək orqanizmin təbii müdafiə reaksiyasıdır.

Öskürək zamanı nəfəs yolları mikroblar və onların toksinlərindən, selikdən, tozdan təmizlənir. Soyuqdəymə zamanı öskürək ilk simptom kimi meydana çıxır və insan sağaldıqdan sonra ən axırıcı yox olur.

Öskürəyi yumşaltmaq və ondan daha tez yaxa qurtarmaq üçün bir çox xalq təbabəti vasitələri mövcuddur. Saglamolun.az oxucularına 10 ən təsirli və sınanmış vasitəni təqdim edir.

1. Süd "Borjom"la. Mineral suyun qazı çıxarılır, ilıq südlə yarıbayarı qarışdırılır və gün ərzində 2-3 dəfə 1 stəkan olmaqla içilir.

2. Kişmiş dəmləməsi. 1 ovuc kişmişin üzərinə 1 stəkan qaynar su əlavə edilir. 1 saatdan sonla ilıq şəkildə içilir.

3. Doşab. 1 xörək qaşığı doşabı (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq süddə həll edin və xəstəyə gün ərzində 2-3 dəfə verin.

4. Biyan kökü dəmləməsi. 1 xörək qaşığı biyan kökünü 1 stəkan qaynar suda dəmləyin, 1/2 saatdan sonra süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla ilıq halda qəbul edin.

5. Əncir qurusu südlə. 2-3 əncir qurusunun üzərinə 1 stəkan qaynar süd əlavə edin və 2-3 dəqiqə ərzində vam odda qapağı kip bağlı qazanda qaynadın. Süd ilıq şəkildə gündə 2-3 dəfə içilir. Meyvələri də yemək olar.

6. Süd + bal. İlıq süddə 1 çay qaşığı bal həll edin və gün ərzində 2-3 dəfə için.

7.  İsti ayaq vannaları nəfəs yollarında spazmın azalmasına kömək edir və öskürəyi müalicə edir. Axşam yatmazdan əvvəl isti ayaq vannasını edin (suya xardal əlavə etmək olar).

8. Qara turp balla. Axşamdan qara turp sürtgəcdən keçirilir, üzərinə 1 xörək qaşığı bal əlavə edilir. Səhər alınmış şirəni süzün və gün ərzində bir neçə dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Bu şirəni ilıq südə əlavə etmək olar.

9. Zəncəfil çayı. Təxminən 4-5 sm uzunluqda olan zəncəfil kökü sürtgəcdən keçirilir və 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir. Daha sonra dəmləmə süzülür, 1 çay qaşığı bal və 1/2 limonun şirəsi əlavə edilir və ilıq halda gündə 2-3 dəfə içilir.

10. Yod "kletka"sı da öskürək zamanı çox yaxşı sınanmış vasitədir. Ağ ciyər nahiyəsində çəkilir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri