Icma.az
close
up
RU
OSTEOPOROZ. Səbəblər və profilaktik tədbirlər

OSTEOPOROZ. Səbəblər və profilaktik tədbirlər

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Sümük xəstəlikləri arasında ağır fəsadına görə geniş yayılmış xəstəliklərdən biri də osteoporozdur.

Kliniki nöqteyi nəzərdən osteoporoz çoxsaylı faktorlar nəticəsində yaranır: yaşla, bədən çəkisi ilə əlaqədar, menopauzanın başlanması ilə bağlı, sümük metobolizminə təsir edən qlükokortikoid və digər qrup dərmanların qəbulu ilə bağlı, yanaşı xəstəliklərin olması nəticəsində və s. Toxuma səviyyəsində bu faktorlar osteoklastlarla (sümük dağıdan hüceyrələr) əlaqəli olan sümük rezorbsiyası (yəni sümüyün dağılması) prosesi ilə osteoblastlarla (sümük yaradan hüceyrələr) əlaqəli olan sümük yaranması prosesləri arasında disbalansa gətirib çıxarır. Nəticədə sümüyün normal homeostazı pozulur və sümük kütləsi, sümük toxumasının mineral sıxlığı azalır. Sonda sümüyün strukturu dəyişir, sümüyün möhkəmliyi azalır və sümük sınığı riski artır.

Əksər hallarda xəstələr sümük sınığı yarandıqda osteoporozun olduğunu müəyyənləşdirirlər. Osteoporoz – qadınlarda postmenopauza dövründə və yaşlı kişilərdə sınıqların əsas səbəbidir. Sınıqlar hər bir sümükdə rast gəlinə bilər. Amma əksər hallarda bud sümüyündə, fəqərələrdə və bilək sümüklərində rast gəlinir.

Aşağıdakı vasitələrlə osteoporozun və sınıqların qarşısını almaq mümkündür:

- Fiziki aktivliyi qoruyub saxlamaq

- Alkoqol və tütün istifadəsindən imtina etmək

- Osteoporozun dərman müalicəsini qəbul etmək

- Sümüyün sağlamlığını qorumaq üçün kalsium və vitamin D ilə zəngin qida qəbul etmək

Səbəbləri və risk faktorları

Osteoporozun yaranması üçün müəyyən risk faktorları var:

- Cinsiyyət. Qadınlarda osteoporoz daha tez-tez təsadüf olunur.  

- Yaş. Yaş artdıqca sümük toxumasının kütləsi azalır, kövrəkləşir. Yeni sümük toxumasının yaranması isə ləngiyir.

- Genetik meyllik. Ailə anamnezində osteoporoz və bud sümüyünün sınığı olan insanlarda osteoporoz tez-tez təsadüf olunur.

- Hormonal dəyişikliklər. Müəyyən hormonların çatışmazlığı zamanı osteoporoz riski yüksək olur. Məsələn: Qadınlarda menopauzadan sonra estrogen çatışmazlığı. Premenopauza dövründə qadınlarda hormonal pozğunluq.

Kişilərdə testosteron hormonunun səviyyəsinin aşağı olması. Testosteron azlığına səbəb olan xəstəliklər osteoporoz riskini artırır. Amma yaşla əlaqədar testosteron sintezinin azalması sümük kütləsinin azalmasının əsas səbəbi deyil.

- Pəhriz. Kalsium və vitamin D ilə zəngin olmayan qidaların qəbulu osteoporoz və sümük sınığı riskini artırır. Həmçinin qidada zülal çatışmazlığı da bu riski artırır.

- Digər səbəblər. Bəzi endokrin sistem, mədə-bağırsaq xəstəlikləri, revmatoid artrit, bəzi növ xərçəng xəstəlikləri, QİDS və sinir anoreksiyası da osteoporoza səbəb ola bilər.

- Dərman preparatları. Bəzi dərman preparatlarının uzun müddətli qəbulu sümük kütləsinin azalmasına və osteoporoza səbəb olur. Məsələn: qlükokortikoidlər (astma və revmatoid artrit xəstəliyinin müalicəsində istifadə olunur),  qıcolma əleyhinə preparatlar (qıcolmaların və digər nevroloji pozğunluqların müalicəsində istifadə olunur), xərçəng əleyhinə preparatlar, proton pompa ingibitorları (mədə turşuluğunu azaldır), serotoninin geri tutulmasının selektiv ingibitorları (depressiya və həyəcan pozğunluqlarının müalicəsində istifadə olunur).

- Həyat tərzi. Sağlam həyat tərzi sümük möhkəmliyi üçün vacib şərtdir.

- Fiziki aktivliyin aşağı olması və uzun müddətli hərəkətsizlik sümük kütləsinin azalmasına səbəb olur.

- Xroniki alkoqolizm də osteoporoz riskini artırır.

- Siqaret çəkmək. Müşahidələr göstərir ki, siqaret çəkən insanlarda osteoporozun rast gəlmə tezliyi siqaret çəkməyənlərə nisbətən çox olur.

Müəllif: Əli Əlizadə, revmatoloq, osteopat

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri