Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Osteoporozun müayinə və stasionar müalicəsi icbari tibbi sığortaya daxildir

Osteoporozun müayinə və stasionar müalicəsi icbari tibbi sığortaya daxildir

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Osteoporoz - sümük strukturunun pozulması ilə müşayiət olunan proqressivləşən, metabolik sümük xəstəliyidir. Bu xəstəlik sümük kütləsinin və möhkəmliyinin  azalması, kövrəkliyinin artması ilə xarakterizə olunur. Xəstəlik əksər halda simptomsuz olur və tez-tez yalnız mil sümüyü, bud sümüyü boynunun və ya fəqərə cisimlərinin kompression sınıqlarından sonra aşkar edilir. Sümüklərin sağlamlığını qorumaq və osteoporozun fəsadlarının qarşısını almaq üçün xəstəliyin erkən diaqnostikası ilə yanaşı, səbəbinin müəyyən edilməsi və müalicəsi böyük əhəmiyyət kəsb edir. Osteoporozun diaqnostika və stasionar müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə  təminata alınıb.

Osteoporozun vaxtında diaqnostika və müalicəsi sümüklərin kövrəkləşməsinin qarşısını almaq, sınıq riskini azaltmaq üçün vacibdir. Diaqnostika üçün qanda kalsium, fosfor, D3 vitamini, parathormonun səviyyəsi təyin olunur, rentgen müayinəsi, sümüklərin mineral sıxlığının ölçülməsi üçün densitometriya, kompüter tomoqrafiyası (KT) kimi müayinə üsullarından istifadə edilir. 

Osteoporozun müalicəsi zamanı kalsium və D vitamini preparatlarının istifadəsi, fizioterapiya və lazım gəldikdə cərrahi müdaxilələr tətbiq olunur. Tibbi göstərişə əsasən cərrahi əməliyyatlar da daxil olmaqla, xəstəliyin müayinə və stasionar terapevtik müalicəsi icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır.

Bu tibbi xidmətlər ixtisaslı həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur. 

Osteoporoz xəstəliyi əsasən yaşı 50-dən yuxarı insanlarda müşahidə olunur. Ancaq metabolizmin pozulması, qalxanabənzər və qalxanabənzər ətraf vəzilərin funksiyalarının pozulması zamanı gənc yaşda olan insanlarda da bu xəstəliyə rast gəlinə bilər.

Xəstəliyin risk faktorlarına genetik meyillilik, valideynlərdən birində osteoporoz səbəbi ilə bud-çanaq sınığının olması, qadınlarda menopauzadan sonra hormonal dəyişikliklər, amenoreya (menstruasiyanın uzun müddət olmaması) və kişilərdə testosteron çatışmazlığı daxildir.

Eyni zamanda, aşağı çəki, anoreksiya, qida rasionunda kalsium, fosfor, maqnezium və D vitamininin kifayət qədər qəbul olunmaması, həzm pozğunluqları, revmatoid artrit, xroniki obstruktiv ağciyər xəstəliyi, böyrək çatışmazlığı kimi xroniki xəstəliklər də risk yaradır.

Bundan əlavə, bəzi dərmanların (artrit və astma kimi xəstəliklərin müalicəsi üçün uzunmüddətli steroid, qıcolma əleyhinə və digər preparatların) qəbulu alkoqollu içkilərin və tütün məhsullarının həddindən artıq istifadəsi osteoporoz riskini artıran digər mühüm amillərdəndir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 İyul 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see173

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri