Icma.az
close
up
RU
Otellərdə bayram “atəşi”: O pula xaricdə 4 gün istirahət etmək olar

Otellərdə bayram “atəşi”: O pula xaricdə 4 gün istirahət etmək olar

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bayram ərəfəsində otellərin qiymətlərində kəskin artım müşahidə olunur. 

Xüsusilə Yeni il və digər bayram günlərində otel qiymətləri bəzən adi günlərə nisbətən iki-üç dəfə yüksəlir ki, bu da ailə büdcəsinə ciddi yük yaradır. 

Artan xərclər səbəbindən bir çox ailə və fərdlər bayramı ölkə daxilində deyil, xaricdə qeyd etməyi üstün tuturlar. Səyahət zamanı bilet, otel, qida, nəqliyyat və əyləncə xərcləri kimi amillərin hər biri büdcəyə təsir göstərir və ailələrin seçimlərini formalaşdırır. 

Yeni ili xaricdə keçirmək istəyənlər üçün hansı ölkələr daha sərfəlidir? 

Mövzu ilə bağlı “Cebheinfo.az” - a açıqlama verən turizm eksperti Ceyhun Aşurov da təsdiqləyib ki, hər il bayram ərəfəsində otellərdə qiymət artımı müşahidə olunur: 

“Qeyri-iş günləri və bayramlarda insanların daxili bazarda səyahət tələbatı artır, rezervasiyalar çoxalır. Bu səbəbdən qiymətlər ilin digər dövrləri ilə fərqlənir və adi iş günlərinə nisbətən yüksəlir. Regionlardakı otellərin bir çoxu həftə içi boş, həftə sonu isə dolu olur və buna uyğun olaraq işlərini tənzimləyirlər. 

Lakin ardıcıl qeyri-iş günlərində tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb olur”. Onun sözlərinə görə, bəzən verilən qiymətlər bəzi xidmətləri də əhatə etdiyindən daha yüksək olur: 

“Bu, xüsusilə 5 ulduzlu və bayram şənlikləri təşkil edən otellərdə müşahidə olunur. Belə paketlərdə iki nəfərlik qiymətlər təxminən 1600–2500 manat arasında dəyişir. Məsələn, iki gecə, üç günlük Yeni il şənliyini əhatə edən paketlərdə bazarda belə təklifləri görmək mümkündür”. 

Ekspert qeyd edib ki, yeni ildə xaricdə yaxşı istirahət etmək də mümkündür: 

“Qiymətlər adambaşı təxminən 500–1500 dollar arasında dəyişir. Əsasən şəhər turları, məsələn, Tbilisi, İstanbul, Doha və Dubay istiqamətlərində 4 gecə qalmaq şərti ilə həm uçuş bileti, həm də oteldə səhər yeməyi daxil paketlər təqdim olunur. 

Misir istiqamətində isə hər şey daxil paketləri adambaşı 600–1000 dollar qiymətə əldə etmək mümkündür. Bir qədər baha seçimlər isə Maldivlər və Şri-Lanka turlarıdır ki, qiymətlər təxminən 1500–2000 dollar civarındadır”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: Otellər qiymət Ceyhun Aşurov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri