Ötən 10 ayda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən mübarizə tədbirləri açıqlanıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 19 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində, ümumilikdə, 7030 cinayət faktı aşkarlanıb. Onlardan 2232-si narkotik vasitələrin qanunsuz satışı, 4611-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 185-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Dəyəri 185 milyon 166 min AZN olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən, ümumilikdə, müsadirə olunmuş 7 ton 263 kiloqram 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin 6 ton 446 kiloqram 419,462 qramını marixuana, 281 kiloqram 848,682 qramını heroin,143 kiloqram 956,179 qramını tiryək, 75 kiloqram 167,942 qramını həşiş,153,551 qramını kokain,181 kiloqram 415,261 qramını digər narkotik vasitələr və 134 kiloqram 268,036 qramını psixotrop maddələr təşkil edib. Həmçinin, göstərilən dövr ərzində 10506 ədəd metadon, 18923 ədəd çətənə bitkisi, eləcə də 600,492 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kiloqram olan 2 600 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 7 ton 263 kiloqram 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin, ümumilikdə, dəyəri 185 milyon 166 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4687 nəfər cəlb edilib, onlardan 4545-i kişi, 142-si qadın olub.
Məsuliyyətə cəlb edilmiş 84 xarici ölkə vətəndaşından, ümumilikdə, 936 kiloqram 499,874 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qram çətənə bitkisi götürülüb.
Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 212 fakt aşkarlanıb
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 212 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 087 kiloqram 262,033 qram və 10 506 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 251-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 348 kiloqram 977,374 qram nakotik vasitə, psixotrop maddə maddə və 36 qram güclü təsir edən maddə müsadirə edilib.
2254 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 854 kiloqram 643,966 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə olunub.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1078, qanunsuz satış ilə bağlı faktların sayı 345, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 688, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 41, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 4 ,qaçaqmalçılıqla bağlı faktların sayı 7, qrup halında olan cinayətlərin sayı 29 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1560 nəfər azalıb. Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 201 kiloqram 410,017 qram artıb.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 230 kiloqram 316,277 qram, tiryəkin çəkisi 10 kiloqram 301,291 qram, psixotrop maddələrin çəkisi 57 kiloqram 476,923 qram azalıb.
Müsadirə olunmuş narkotik vasitələrin 88,7 faizini marixuana təşkil edib
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 6 ton 446 kiloqram 414,562 qramını (88,7 faiz) marixuana təşkil edib. Onun da 5 ton 663 kiloqram 874,462 qramı (87,8 faizi) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 782 540,1 qram (12,1 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29 may tarixlərində qanunsuz dövriyyədən çıxarılıb və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən, ümumilikdə, 2358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kiloqram 801,942 qram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilib.
Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 59 rayon və şəhərdə 2243 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 55 kiloqram 191,252 qram və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 489 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.
Tibbi müayinədən keçirilmiş 4756 nəfərdən 2514-nün narkotik istifadəçisi olduğu müəyyən edilib
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 80 min 786 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4756 nəfərdən 2514 nəfərin istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 292, QİÇS-lə Mübarizə Mərkəzində 316, Sumqayıt Narkoloji Mərkəzində 126 nəfər) 734 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin oktyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 50 (4,7 faiz) nəfəri inyekson narkotik istifadəçiləri olub.
“802” qaynar xətt telefon zəng xidmətinə 1026 vətəndaş müraciəti daxil olub ki, onların 118-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 60-ı narkotik asılılıqdan müalicə, 848-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 178 məktub ünvanlanıb.
“802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















