Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Dövlət Komissiyası: Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və əhalinin bu sahədə maarifləndirilməsi davam etdirilir

Dövlət Komissiyası: Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və əhalinin bu sahədə maarifləndirilməsi davam etdirilir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görüb, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.

AZƏRTAC xəbər verir ki, 2024-cü ildə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının cəlb edilməsi ilə ümumilikdə 183 tədbir həyata keçirilib. Bu tədbirlər sırasında 95 maarifləndirici və təşkilati tədbir, 71 təlim, 6 sosial layihə, 5 intellektual müsabiqə, 1 marafon və televiziya kanalında 5 verilişdə iştirak yer alıb.

Cari ilin yanvar-aprel ayları ərzində “802” qaynar xəttinə ümumilikdə 292 vətəndaş müraciəti daxil olub. Bu müraciətlərin 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 26-sı narkotik asılılıqdan müalicə, 233-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 59 məktub ünvanlanıb.

Mayın 29-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi 101A ünvanında yerləşən “Bakı Neft Maşınqayırma Zavodu” MMC-nin inzibati ərazisində 2 min 397 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş 5 ton 94 kiloqram 323.346 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, o cümlədən 1 ton 442 kiloqram 168.579 qram heroin, 2 ton 947 kiloqram 146.882 qram marixuana, 280 kiloqram 746.124 qram tiryək, 26 kiloqram 259.599 qram həşiş, 1 kiloqram 803.286 qram kokain, 396 kiloqram 107.793 qram və 4 min 183 ədəd psixotrop həblər və 8 min 644 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib. Məhv edilən narkotik vasitələrin “qara bazar” qiyməti 164 milyon manat təşkil edir.

Cari ilin ilk 4 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində 2 min 992 fakt aşkar olunub. Bu faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 593 kiloqram 000.402 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib. Həmçinin qeyd olunan dövrdə 4 min 263 ədəd metadon və 2 min 578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb. Müsadirə olunan narkotik vasitələrin 140 kiloqram 727.95 qramı heroin, 60 kiloqram 688.812 qramı tiryək, 30 kiloqram 822.838 qramı həşiş, 21 kiloqram 378.121 qramı digər narkotik vasitələr, 68 kiloqram 104.632 qramı isə psixotrop maddələr təşkil edib.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı 1499 nəfər təşkil edib. Onlardan 33-ü xarici ölkə vətəndaşlarıdır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il dekabrın 31-nə respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 40 min 490 nəfər olub. Onlardan 20 min 182-si opioidlərin, 8 min 611-i kannabioidlərin, 11 min 697-si bir neçə narkotik maddəni eyni zamanda qəbul etdiyi üçün psixası və davranışı pozulmuş şəxslərdir. Bu şəxslərdən 1005-i qadındır.

Hesabat ilində dispanser nəzarətinə müvafiq diaqnozla 4 min 967 nəfər götürülüb, 1136 nəfər isə nəzarətdən çıxarılıb.

Eyni zamanda, “802 Qaynar Xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair qrafik üsulla hazırlanmış yeni videoçarx, narkomaniyanın zərərləri barədə “Narkotik beyində silinməz izlər buraxır”, “Narkotik sərhədsiz fəlakətdir” adlı və digər sosial çarxların paytaxtın küçə və prospektlərindəki elektron lövhələrdə nümayişi, eləcə də televiziya kanallarında yayımı təmin edilib.

Dövlət Komissiyası narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və əhalinin bu sahədə maarifləndirilməsini bundan sonra da davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri