Ötən ay ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026-cı ilin yanvar-iyun aylarında ADY ilə 905 992 ton qida sənayesi məhsulu daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35% və ya 236 396 ton çoxdur.
"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Məlumata görə, hesabat dövründə tranzit daşımalarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, tranzit yüklərin həcmi illik müqayisədə 56% artaraq 249 810 tondan 388 764 tona yüksəlib.
Ötən ay isə ADY ilə 198 min ton qida sənayesi məhsulu daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 38% çoxdur. 2025-ci ilin iyununda bu göstərici 143 274 ton olub.
Bununla yanaşı, ötən ay qida sənayesi məhsullarının tranzit daşımalarının həcmi 43 733 tondan 87 261 tona yüksələrək 2 dəfə artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 17 İyul 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















