Ötən ay Azərbaycan istehsal edilən pivənin hamısı satılıb
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Bu ilin iyun ayında Azərbaycanda 667,2 min dekalitr (dkl) pivə istehsal edilib.
Modern.az xəbər verir ki, pivə istehsal ötən ilin iyun ayı ilə müqayisədə 43,7 min dekalitr və ya 6,1% azalıb.
Xatırladaq ki, ötən ilin iyun ayında ölkədə 710,9 min dekalitr pivə istehsal edilmişdi.
Bu ilin iyul ayının birinə sənaye müəssisələrinin anbarlarında pivə ehtiyatının miqdarı 238,8 min dekalitr olub. İyun ayının birinə bu həcm 337,3 min dekalitr idi. Yəni ötən ay ölkədə istehsal olunan 667,2 min dekalitr pivə ilə yanaşı anbarlardakı məhsuldan da 98,5 min dekalitr satılıb.
Məlumat üçün bildirək ki, bu ilin ilk yarısında Azərbaycanda 2 milyon 562,9 min dekalitr pivə istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.(FED.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 22 İyul 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















