Icma.az
close
up
RU
Ötən ay dünyanın TOP 10 şirkətlərindən “Meta”nın səhmləri ən çox qazandıran olub

Ötən ay dünyanın TOP 10 şirkətlərindən “Meta”nın səhmləri ən çox qazandıran olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 fevral, AZƏRTAC

Ötən ay ABŞ Prezidenti Donald Trampın əlavə rüsumların tətbiqi ilə bağlı fərmanları və Çinin “DeepSeek” süni intellektini bazara çıxarmasından sonra ABŞ şirkətlərinin bu sahədəki üstünlüyünün pozulacağına dair narahatlıqlar ön plana çıxıb.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, ötən ay müşahidə edilən bazar dalğalanmalarına rəğmən dünyanın ən dəyərli şirkəti mövqeyində “Apple” qərarlaşıb.

“Apple”dan sonra bazar dəyərinə görə “Microsoft”, “Nvidia”, “Alphabet” (Google), “Amazon”, “Saudi Aramco”, “Meta Platforms”, “Tesla”, “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) və “Broadcom” siyahıda yer alıb. Beləliklə, dünyanın ən böyük 10 şirkətinin 8-i ABŞ, 1-i Tayvan və 1-i isə Səudiyyə Ərəbistanından olan şirkətlərdir.

Yanvar ayının sonuna “Apple” şirkəti “Microsoft” və “Nvidia”nı qabaqlayaraq 3,548 trilyon dollarla dünyanın ən dəyərli şirkəti olub. “Microsoft” və “Nvidia” şirkətlərinin dəyəri isə müvafiq olaraq 3 trilyon 85 milyard dollar və 2 trilyon 940 milyard dollar olaraq qeydə alınıb.

Bu siyahını 2 trilyon 504 milyard dollarla “Alphabet” (Google), 2 trilyon 499 milyard dollarla “Amazon”, 1 trilyon 794 milyard dollarla “Saudi Aramco”, 1 trilyon 746 milyard dollarla “Meta Platforms”, 1 trilyon 301 milyard dollarla “Tesla”, 1 trilyon 85 milyard dollarla TSMC və 1 trilyon 37 milyard dollarla “Broadcom” şirkəti tamamlayır.

Qeyd olunub ki, keçən ay “Meta Platforms” dünyanın 10 ən dəyərli şirkəti arasında səhm bazarlarındakı üstünlüyünə görə birinci sırada təyin olunub.

Ötən ay feysbuk, instaqram və vatsapp sosial media platformalarının sahibi olan “Meta” şirkətinin baş direktoru Mark Zukerberq süni intellekt infrastrukturuna 60-65 milyard dollar xərcləməyi planlaşdırdıqlarını açıqlamışdı. Bu açıqlama şirkətin səhm bazarlarındakı mövqeyini gücləndirib. Belə ki, “Meta Platforms”un səhmlərinin qiyməti 2024-cü ilin dekabr ayının sonundan etibarən 17,71 faiz artaraq 689,18 dollara çatıb.

“Meta”nın səhmlərindən sonra bu siyahını aylıq 8,34 faiz artımla ABŞ-ın e-ticarət nəhəngi “Amazon”, 7,96 faiz artımla “Alphabet” (Google), 5,99 faiz artımla TSMC və 0,19 faiz artımla “Tesla” tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri