Icma.az
close
up
RU
Ötən ay ən çox yağıntı bu bölgələrə düşüb

Ötən ay ən çox yağıntı bu bölgələrə düşüb

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“2024-cü ilin noyabr ayında ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 17 gün normadan yuxarı,1 gün norma daxilində, 12 gün isə normadan aşağı olub, orta aylıq temperatur isə 11.4 dərəcə isti qeydə alınıb”.
Demokrat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, ötən ay maksimal temperatur noyabrın 22-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə Beyləqan rayonunda 26.4 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 24,5 dərəcə isti olub.
Minimal temperatur isə ölkə üzrə noyabrın 28-i Şahdağda 13.9 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə noyabrın 7-də 3.5 dərəcə isti müşahidə olunub:
“2024-cü ilin noyabr ayında bölgələr üzrə 19 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 174 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 144 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb”.
N. Mahmudov qeyd edib ki, 2024-cü ilin noyabr ayının bəzi günlərində dağlıq ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 10-20 sm olub:
“Noyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 18 gün, bölgələrdə isə 16 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 28 m/s-dək güclənib”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2024 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri