Icma.az
close
up
RU
Vətənin xilaskar oğlu FOTO

Vətənin xilaskar oğlu FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

30 ilə yaxın idi ki, əsir Qarabağımız öz xilaskar ərənlərin yolunu gəzləyirdi. Nəhayət, 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən haqq savaşımızda dövlətimizin gücü, ordumuzun rəşadəti hesabına erməni dığaları darmadağın edilib, tarixi zəfərimizlə Qarabağımız işğaldan azad olundu. Beləcə qanı bahasına Vətəni alınmaz qalaya döndərən, parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən minlərlə şəhiddən biri də Əmrah İnqilab oğlu Xəlilzadə oldu.
Məqamında sinəsini Vətənə sipər edib, ömrünün 27-ci baharında bu müqəddəs yolda şəhadətə qovuşan Əmrah Xəlilzadə Biləsuvar rayonunda boya-başa çatıb. Şəhər 6 saylı məktəbdə orta təhsil alıb. Əsgərliyi cəbhə bölgəsinə düşüb, bundan qürur duyub. Əsas məqsədi düşməndən qisas almaq olub. Qısa zaman kəsiyində nümunəvi xidməti ona böyük hörmət gətirib. Günlər keçdikcə ən müasir piyada silahlarının döyüş texnikası haqqında mükəmməl təcrübə qazanıb. Əsgərliyi bitəndən sonra Əmrahın yaxşı sorağı müddətdən artıq hərbi xidmət qulluqçusu kimi gəlib. Qəlb dünyası sevdalı olan Əmrah öz şəxsi nümunəsi ilə gənc əsgərlərin ürəyində Vətənə məhəbbət, cəsurluq, mərdlik, düşmənə nifrət hissini alovlandırıb. Həmişə də deyib ki, lap tezliklə Qarabağımız erməni dığalardan təmizlənər, xalqımızın azad, firavan günləri başlanar..
İkinci Qarabağ müharibəsi başlanan kimi Əmrah Xəlilzadə silaha sarılıb Vətən torpaqların müdafiəsində dayanan qeyrətli oğulların sıralarına qoşulub. Qanlı döyüşlərdə ölümdən qorxmadan cəsarətlə, hünərlə vuruşub. Dəqiq atəş zərbələri ilə neçə-neçə erməni quldurunu məhv edib, texnikalarını sıradan çıxarıb. Azərbaycanın müqəddəs, ulu torpaqlarına hər dəfə qələbə bayrağı sancılanda ürəyi dağa dönüb.
İgid Vətən sevdalısı Əmrahının döyüş yolu Xocavənd rayonu istiqamətində şərəflə davam edib. Bir neçə saat çəkən ağır, qanlı savaşdan sonra düşmən məğlub olsa da, təəssüf ki, Əmrah da qəfil atılan güllənin qurbanı olub. Müharibə meydanlarında göstərdiyi igidliyə görə Biləsuvar elinin qəhrəman oğlu ölümündən sonra “Cəsu döyüşçü”, "Vətən uğrunda", Füzulinin və Xocavəndin azadlığına görə medallarına layiq görülüb. Baş qoyduğu müqəddəs yer isə Biləsuvar qəbiristanlığıdır.
Bəli, Əmrah Xəlilzadənin ömür yolu çox qısa, amma şərəfli oldu. O, özündən artıq sevdiyi Vətən uğrunda canından keçməklə adını tarixin səhifəsinə böyük hərflərlə yazdı. Həmçinin qəhrəmanlığı, igidliyi ilə əbədilik qazanan Əmrahın adını xalq qəlbində yaşatmaqla o, unudulmaz. Həmişə həm bugünkü, eləcə gələcək nəsillər tərəfindən hörmət və ehtiramla xatırlanar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri