“Google”un sahibi 500 milyard dollara yaxın dəyər itirib Səhmlər yenidən bahalaşa bilər
Marja.az saytına istinadən Icma.az xəbər verir.
“Google”un ana şirkəti “Alphabet”in səhmləri tarixində ən böyük birgünlük ucuzlaşmadan sonra zəif bərpa nümayiş etdirir. Şirkətin bazar kapitallaşması təxminən 500 milyard dollar azalsa da, sonrakı 10 gün ərzində səhmlərin qiyməti cəmi 1,5% yüksəlib.
Marja.az xəbər verir ki, belə zəif bərpa “Alphabet”in güclü maliyyə göstəriciləri fonunda diqqət çəkir.
Şirkət son maliyyə hesabatında gəlirlərinin ardıcıl 13-cü rübdə ikirəqəmli templə artdığını açıqlayıb. Son rübdə ümumi gəlirlər 25% yüksəlib, “Google Cloud” bölməsinin gəlirləri isə iki dəfədən çox artıb.
Bununla belə, investorların süni intellektə yönəldilən böyük xərclər və bu investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqları şirkətin səhmlərinə təzyiq göstərib.
“Alphabet”in maliyyə nəticələrindən sonra baş verən kəskin ucuzlaşma süni intellekt sektorundakı investisiya dalğasına münasibətdə ilk ciddi mənfi siqnallardan biri kimi qiymətləndirilir.
Sonrakı günlərdə ABŞ-də keçirilən seçkilər və “Nvidia”nın baş icraçı direktoru Censen Huanq (Jensen Huang) ətrafında yaranmış qalmaqal da texnologiya səhmlərində volatilliyi gücləndirən hadisələr sırasında göstərilir.
“Alphabet”in səhmləri yenidən bahalaşa bilər?
CNBC Pro-nun opsion bazarı üzrə təhlilində bildirilir ki, “Alphabet” səhmlərinin bahalaşması ssenarisinin əsas arqumenti şirkətlə bağlı risklərin aradan qalxması deyil, onun güclü biznes artımının həmin risklərə baxmayaraq davam edə bilməsidir.
“Google”un bazar ertəsi özünün xüsusi süni intellekt prosessorları – TPU əsasında işləyən iki yeni sistemi təqdim etməsi şirkətin texnoloji inkişafını davam etdirdiyini göstərir. Bu addım süni intellekt və internet axtarışının gələcəyi ilə bağlı rəqabətin hələ yekunlaşmadığına işarə kimi qiymətləndirilir.
Gəlirləri 25% artmış bir şirkətin səhmlərinin bir gündə rekord həcmdə ucuzlaşması qiymətin əvvəlki səviyyələrə doğru qismən bərpası üçün imkan yarada bilər. Lakin belə bir ssenarinin reallaşacağına zəmanət yoxdur.
“Alphabet” səhminin qiyməti maliyyə hesabatından əvvəl 324,89 dollar səviyyəsində olub. Bu gün Bakı vaxtı ilə saat 10:30-da şirkətin səhmləri 0,6% ucuzlaşma ilə 284,92 dollara ticarət olunub. Bu, maliyyə hesabatı açıqlanmamışdan əvvəlki səviyyədən təxminən 12% aşağıdır.
Noyabrın 17-də açıqlanması gözlənilən “Nvidia” maliyyə nəticələri də mühüm hadisə kimi göstərilir. Bundan əlavə, faiz dərəcələri, enerji qiymətləri və məlumat mərkəzlərinin tikintisinə nəzarətin gücləndirilməsi ehtimalı süni intellekt sektoruna təsir edə biləcək əsas risklər sırasında yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 Noyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















