Ötən ay pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 8 avqust, AZƏRTAC
Bu ilin iyul ayı ərzində əlilliyə görə 253 min 400 nəfərdən çox şəxsə pensiya, 223 min 800 nəfərdən çox şəxsə aylıq müavinət ödənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 90 min 800 nəfərdən çox şəxs isə Prezident təqaüdü alıb.

