Icma.az
close
up
RU
“Ötən günlər”in əks sədası

“Ötən günlər”in əks sədası

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

O, XIX əsr özbək həyatının bütün tərəflərini öz əsərlərində göstərməyə çalışır. Feodalizm, cəhalət, qadın hüquqsuzluğu, özbək xanlıqları arasında daxili didişmələr, çar imperiyasının özbək xalqını parçalamaq siyasəti... Abdulla Qədiri nəsrinin əsas mövzuları bunlardır.

Abdulla Qədiri də hamı kimi ilk təhsilini mədrəsədə (köhnə müsəlman məktəbində) almışdı. O da Mirzə Cəlil kimi, göz açanda bu dünyanı qaranlıq görmüşdü. Öz xalqını qaranlıqdan işığa çıxarmaq üçün ömrünü məşələ çevirmişdi. Oxumuşdu, təhsil almışdı, bir-birindən gözəl əsərlər yazmışdı. “Mehrab əqrəbi”, “Ötən günlər” romanları özbək ədəbiyyatında romançılığın ilk nümunələridir. Xüsusən, “Ötən günlər” romanı yarandığı gündən bu günə qədər sevilə-sevilə oxunur. Öz xalqının başına gətirilmiş müsibətləri qələmə aldığı üçün Abdulla Qədiri repressiyaya məruz qalmış, əsərləri qadağan olunmuşdu. Onun güllələnməsi faktı uzun illər gizli saxlanılmışdı. Lakin tarix və zaman bu böyük yazıçıya bəraət qazandırdı. Tarixi ədalət bərpa olundu. Abdulla Qədiri yenidən öz ideyaları və əsərləri ilə xalqının yaddaşına qayıtdı.

Bu günlərdə Bakı Bələdiyyə Teatrı Abdulla Qədirinin “Ötən günlər” romanının motivləri əsasında tanınmış yazıçı-dramaturq Kənan Hacının yazdığı pyesi səhnəyə gətirdi. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov “Ötən günlər”ə yeni səhnə həyatı bəxş etdi. Mərahim Fərzəlibəyov və Kənan Hacının uğurlu işbirliyi nəticəsində teatr tariximizə daha bir gözəl səhnə əsəri əlavə olundu. Dərin psixologizm, real dramatizm, ciddi ideya olan əsərlərdə hər şey, aktyorların ifasında gözəl ustalıqla qurulan mizanlarla həll edilir.

Mərahim müəllimin hazırladığı bütün tarixi dram əsərlərində olduğu kimi “Ötən günlər”də də türk xalqlarının birliyi ideyası aparıcı xətdir. Rejissor öz sənət məramına sadiq qalmaqla yeni forma axtarışları edir. Ümumiyyətlə, Mərahim Fərzəlibəyov özünəməxsus dəst-xəttə malik bir sənətkardır. Onun dramaturqla iş metodu da fərqlidir. “Ötən günlər”i səhnələşdirən yazıçı Kənan Hacı qeyd edir ki, o, bu bir neçə aylıq yaradıcı iş prosesində sözün əsl mənasında böyük təcrübə əldə edib. Müəllif romanı səhnələşdirməkdən ötrü Abdulla Qədirinin həyatı və yaradıcılığını, dövrünü və mühitini dərindən öyrənmiş, özbək ədəbiyyatının tədqiqatçıları ilə mütəmadi görüşmüş, mövzuya dərindən nüfuz etməyə çalışmışdır. Nəticədə gözəl bir iş ərsəyə gəlmişdir.

“Ötən günlər” tamaşasında biz sevilən aktyorlarımızı görürük. Bitkin aktyor ansamblı tamaşaçını bir neçə saatlıq özbək xalqının ötən günlərinə səyahətə aparır. Biz Gümüşlə Atabəyin faciəvi taleyinə acıyırıq. Bir sıra uğurlu rolları ilə tamaşaçı sevgisi qazanmış Tural Əhmədin yaratdığı Atabəy obrazı öz mübarizliyi və birgin xarakteri ilə yadda qalır. Gənc aktrisa Sabirə Rüstəmlinin ifasında Gümüş son dərəcə uğurludur. Sabirə xanım Gümüşün daxili dramatizmini uğurlu ifadələrlə tamaşaçıya çatdırmağı bacarır.

Əməkdar artist Hüsniyyə Mürvətovanın ifasında Özbək xanım son dərəcə bitkin bir obraz təsiri bağışlayır. Hökmlü qadının qəti, imperativ replikaları hakimanəlik, vüsətli temperament xarakterin tamlığına, canlılığına xidmət edir. Bu səbəbdəndir ki, onu gənc sevgililərin səadətinə maneə kimi görən tamaşaçının qəlbində Özbək xanıma qarşı daxili bir etiraz hissi baş qaldırır. Bu, aktrisanın böyük uğurudur.

Rəşad Kəsəmənlinin ifasında Hacı Yusif obrazı qənaətbəxşdir. Aktyor obrazın xarakterini demək olar ki, mənimsəməyi bacarıb. Ağsaqqal missiyasını daşısa da, Hacı Yusif bəy köhnə adət-ənənələrin qarşısında acizdir. Bu acizlik hissi aktyorun ifasında son dərəcə təbiidir.

Əməkdar artist Əfqan Soltanov Mirzəkərim obrazını özünəməxsus şəkildə oynayır. Feodal sinfinə mənsub olsa da, o, ədalətli insandır, haqqı nahaqqın ayağına verən deyil. Aktyorun ifasında Mirzəkərim tamaşaçıda rəğbət hssi oyadır.

Əməkdar artist Aydın Əliyevin yaratdığı çar polkovniki obrazı tamaşanın demək olar ki, ideyasının açılmasına xidmət edir. Müəllif daxili dramatizmi artırmaq məqsədilə bu obraz üzərində xüsusi işləyib və nəticədə son dərəcə maraqlı bir obraz ərsəyə gəlib. Aydın Əliyev ona tapşırılan rolun öhdəsindən bacarıqla gəlir. Onun plastikası, daxili imkanları obrazın dolğunluğuna xidmət edir.

Əməkdar artist Səmayə Sadıxovanın ifasında Aftab xanım öz qızının xoşbəxtliyi üçün çalışan anaların ümumiləşmiş obrazı kimi yadda qalır. Aktrisa uğurlu tapıntıları ilə obraza kolorit qazandırır.

Əməkdar artist Firəngiz Babayevanın canlandırdığı Cənnət obrazı haqda məxsusi danışmağa dəyər. Bu xəbis qadın (Cənnət) ev yıxmaqla, gəncləri bir-birindən ayırmaqla məşğuldur. Onun simasızlığına hansısa cizgilər əlavə etmək üçün rol üzərində xeyli işləmək lazım gəlir. Peşəkar aktrisa Firəngiz Babayeva Cənnətə uğurlu səhnə həyatı qazandırıb.

Bir-birindən maraqlı obrazların müəllifi Zülfiyyə Məmmədova bu tamaşada Zeynəb rolunu canlandırır. Zeynəb Atabəyin xanımı olsa da, onun sevgisindən kənarda qaldığından nifrət hissində boğulan bir qadındır. Zülfiyyə Məmmədova bu obrazı məharətlə canlandırır. Zeynəbin daxili dünyasını uğurlu ifadələrlə göstərməyi bacarır.

İstedadlı aktyor İsmayıl Atakişiyevin ifasında Həsənalı Lələ xeyirxah, müdrik insan təsiri bağışlayır. Atabəyi öz övladı kimi istəyən Həsənalı Lələ onun elçiliyini də edir. Atabəylə Gümüş bu razılaşmadan sonra bir-birinə qovuşurlar. Hacı Yusif ağa oğlunun tərbiyəsi ilə məşğul olmağı Həsənalı Lələyə tapşırdığından o, hər addımda Atabəyin yanındadır. Aktyor bu rolu səliqəli şəkildə oynayır.

Aktyor Toğrul Rzanın canlandırdığı Divanə obrazı son dərəcə maraqlı personajdır. O, səhnədə hərəkətsiz qalmağı ilə də iş görür. Divanə hadisələr zəncirinin mühüm halqasıdır. Toğrul bəy bu obrazı ustalıqla oynayır.

Gənc aktyor Elməddin Zakirlinin Həmidi də yadda qalır. Feodal düşüncəli hiyləgər, qəddar Həmid hadisələrin düyün nöqtəsidir və bu konflikti dərinləşdirmək üçün aktyor çox uğurlu ifadə vasitələri tapır.

Aktyor Rəşid Soltanov tamaşada iki obrazı canlandırır – çar məmuru və naməlum adamı. Hər iki rol epizodik olsa da, aktyorun plastikası, mizanları tamaşaçının yaddaşında dərin iz buraxır.

Tamaşanın məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, özbək ədəbiyyatının tədqiqatçısı Akif Azalpdır.

İlhamə HACIYEVA,
BDU-nun elmi işçisi, Yazıçılar Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rubio Çini ABŞ ın əsas geosiyasi rəqibi adlandırıb

14 May 2026 04:54see222

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see216

İstəyirəm ki, ruhum bayram etsin Mətanət İsgəndərli

15 May 2026 00:27see212

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see210

Aranda yağmursuz, dağlarda yağış və dolu...

14 May 2026 04:54see202

Kələm dolmasının inanılmaz faydası üzə çıxdı

14 May 2026 08:03see197

“Mançester Siti” “Liverpul”un müdafiəçisi ilə maraqlanır

14 May 2026 05:11see196

Toyun səhəri günü sağdişini öldürdü FOTO

14 May 2026 06:01see184

“Trampın siyirməsində Vensə məktub var”

14 May 2026 05:01see180

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır Adil Kərimli

14 May 2026 21:58see178

İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib

14 May 2026 06:22see166

Məşqə başladı, tamamilə fərqli bir insan oldu FOTO

14 May 2026 21:08see163

Tanınmış azərbaycanlı aktrisanın toyu oldu İlk dəfə birgə FOTOları

14 May 2026 10:51see162

Şiddətli yağış və fırtına oldu, ölənlər var

14 May 2026 02:43see161

Renduliç xorvatlara “Zirə”dən danışdı

14 May 2026 01:33see158

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see155

Bəlkə də təmizliyə səhv otaqdan başlayırsınız Mütəxəssislər ilk dayanacağı açıqladı

14 May 2026 07:07see150

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see146

Ən çox bu ölkələrdən olanlar Avropadan deportasiya edilib

14 May 2026 07:16see142

18 yaşlı futbolçu seçimini etdi Fransa millisi ümid edirdi ki...

15 May 2026 00:25see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri