Icma.az
close
up
RU
“Ötən günlər”ə səyahət

“Ötən günlər”ə səyahət

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Fərxi MÜSLÜM
Şair-publisist
Bu günlərdə Bakı Bələdiyyə Teatrının hazırladığı növbəti tamaşa teatr ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Özbək ədəbiyyatının klassiki Abdulla Qədirinin oxucular tərəfindən sevilən “Ötən günlər” romanının motivləri əsasında yazıçı-dramaturq Kənan Hacının qələm aldığı eyni adlı pyesin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç Aşrafxanovun təklifi əsasında hazırlanan “Ötən günlər” tamaşası Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.
Tamaşa haqqında fikir bildirməzdən öncə qeyd edim ki, bu səhnə əsəri Kənan Hacının dramaturgiyada növbəti uğurudur. Bundan əvvəl onun “Kölgə”, “Xəlbir və ney” pyesləri ölkə teatrlarında müvəffəqiyyətlə oynanılıb. “Qırmızı şəhərin qurbanı” teletamaşasına Əməkdar artist, rejissor Bəhruz Vaqifoğlu quruluş verib, tamaşa Dövlət televiziyasında nümayiş olunub. “Ötən günlər” isə istisnasız olaraq deyə bilərəm ki, yazıçının yaradıcılığında xüsusi yer tutan bir əsərdir və doğrudan da müəllif məşhur romanı ustalıqla səhnələşdirə bilib; mövzunun ümumi kompozisiyasına, ideya istiqamətinə və janr prinsiplərinə dəqiqliklə riayət edərək ölçü hissini həssaslıqla gözləyə bilib.

Tamaşanın yaradıcı heyəti Abdulla Qədirinin ideyalarına sadiq qalmaqla orijinal bir səhnə əsəri ərsəyə gətiriblər. Burada rejissorun da əməyi xüsusi qeyd edilməlidir. Mərahim müəllim onlarla tarixi dram əsərinə quruluş verib. “Atabəylər”, “Torpağa sancılan qılınc”, “Mənsiz dünya”, “Şeyx Xiyabani”, “Xan qızı”, “Qətibə İnanc”, “Qarabağnamə” və digər monumental tamaşalar bu gün də tamaşaçıların yaddaşındadır. Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri otuz ildən çoxdur ki, Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunur. “Ötən günlər” tamaşası da görkəmli rejissorumuzun növbəti uğurlarından biridir. Məlumdur ki, Mərahim Fərzəlibəyov özünəməxsus yaradıcılıq manerası olan bir rejissordur, düşünürəm ki, o, teatrımızın aparıcı fiqurlarındandır, gənc rejissor nəsli onun naliyyətlərindən çox şey öyrənə bilər.
“Ötən günlər”də uğurlu aktyor ansamblı var. Dramaturji konflikt son dərəcə ustalıqla qurulub, iki gəncin sevgisi və ictimai motiv incə xətlərlə birləşir. Hadisələr XIX əsrin ortalarında Özbəkistanda baş verir. Xanlıqlar arasında savaş gedir, çar imperiyası isə bundan istifadə edərək münaqişəni bir qədər də dərinləşdirmək, özbək xalqını parçalamaq niyyəti güdür. Bu əsnada Daşkənddən Mərgilana ticarət məqsədilə gəlmiş gənc Atabəy burada Gümüşə aşiq olur. Çoxarvadlılığın hökm sürdüyü bu qaranlıq cəmiyyətdə iki aşiq azad sevgini buxovlayan köhnə adət-ənənələrə qarşı çıxırlar. Daşkənddə isə Əziz bəy xalqa zülm verir, qardaş qanı axıdılır. Tamaşada Divanə obrazı xüsusilə diqqəti çəkir, o, kamerton kimi hadisələri nizamlayır. Yeri gəlmişkən, gənc aktyor Toğrul Rza Divanə obrazını son dərəcə məharətlə canlandırır. Divanənin daxili üsyanı, əlində tutduğu balqabaqla söhbətləri ictimai kəsər daşıyır. O, feodal quruluşa qarşıdır, zülmə, ədalətsizliyə qarşıdır. Həmişə ona şərab pulu verən Həmidin verdiyi puldan da imtina edir. Çünki Həmid xainlik edir, Atabəyi və Mirzəkərimi çar məmuruna satır. Həmidin xəyanəti nəticəsində az qala, Atabəyi edam edəcəkdilər. Divanə insanın içindəki şəri lənətləyir, o, həmişə xeyirin, xeyirxahlığın tərəfindədir. O, tamaşaçıda rəğbət hissi doğurur.
Əməkdar artist Aydın Əliyev Çar polkovniki obrazını inandırıcı oynayır. Biz səhnədə sözün əsl mənasında qəddar, hiyləgər bir imperiya məmurunu görürük. Aktyor obrazın xarakterini açmaq üçün uğurlu ştrixlər seçir və nəticədə situasiyanı bir qədər də gərginləşdirir. Ümumiyyətlə, Aydın Əliyev geniş diapazona malik aktyordur və bu obrazla da tamaşaçıların yaddaşında dərin iz buraxır.
Atabəy və Gümüş. Tural Əhməd kinoda və səhnədə kifayət qədər uğurlu rollar oynayıb. Tamaşaçılar tərəfindən sevilən aktyorlardandır. Onun yaratdığı Atabəy üsyankar olduğu qədər də dəyanətli, öz sevgisinə sadiq bir gəncdir. Anası Özbək xanım onun Mərgilanda Gümüşlə evlənməsini qəbul etmir, onu Daşkənddə Zeynəblə evləndirirlər. Amma Atabəy Gümüşə sadiq qalır. Atabəyin daxili dramatizmi Tural Əhmədin ifasında son dərəcə dinamikdir, o, sanki tamaşaçını da fəal olmağa çağırır. Obrazı canlandırmaq üçün seçdiyi ifadə vasitələri uğurludur. Atabəyin Divanə ilə söhbətləri tamaşaçıda ümid hisləri oyadır. Biz bu söhbətlərdə Atabəyin zəngin daxili aləminin şahidi oluruq.

Gümüş obrazını gənc aktrisa Sabirə Rüstəmli canlandırır. Onun hiss və həyəcanları tamaşaçıya da sirayət edir. Atabəyi saf məhəbbətlə sevən biçarə qızın çarəsiz çırpınışları ürəkləri riqqətə gətirir. Cadugər Cənnətin gətirdiyi yalançı məktub onun qəlbini didib-parçalayır. Həmidin qurduğu hiylə torunda çabalayan Gümüşün fəryadı, göz yaşları seyriçini də mütəəssir edir. Gümüş Sabirə Rüstəmlinin ifasında ürəklərə daxil ola bilir. Aktrisa olduqca füsunkar oyun nümayiş etdirir. İstər danışığında, istər hərəkətlərində və istərsə də daxili həyəcanlarını ayrı-ayrı ştrixlərlə ifadə edərkən təbiiliyi qoruyub saxlayır. Bu obraz uzun müddət tamaşaçıların yaddaşından silinməyəcək. Mən onu belə adlandırardım – Azərbaycan səhnəsinin Gümüşü.
Cadigər Cənnət obrazını yaradan Əməkdar artist Firəngiz Babayeva rolunun kiçikliyinə rəğmən uğurlu tapıntıları ilə yadda qalır. Obraz üzərində uğurlu işi Cənnətin tamaşadakı təsir gücünü artırır. Bu da aktrisanın nailiyyətidir.
Əməkdar artist Hüsniyyə Mürvətovanın yaratdığı Özbək xanım obrazı konflikti dərinləşdirən presonajdır. O, övladının xoşbəxtliyi üçün çalışır, Atabəyin valideynlərindən xəbərsiz evlənməsi onu qəzəbləndirir. Özünün seçdiyi qızı evinə gəlin gətirir. Əlbəttə, bu, o dövr özbək mühiti üçün təbii bir hadisədir. Lakin Özbək xanım hadisələrin faciəvi sonluqla bitəcəyini ağlına belə gətirə bilmir. Zeynəb Gümüşü zəhərlədikdən sonra Özbək xanımın peşmançılığı başlayır. Aktrisa bu peşmançılığı o qədər sənətkarlıqla ifadə edir ki, bir anlıq ona bəraət qazandırmaq istəyirsən. Bu dəyişmə prosesi aktrisanın uğurlu tapıntılarındandır.
Rəşad Kəsəmənli də uğurlu rolları ilə tamaşaçılar tərəfindən sevilən aktyorlardandır. Onun Xalq yazıçısı Elçinin “Şekspir” tamaşasında yaratdığı Stalin obrazı fərqli yanaşma ilə seçilir və aktyorun geniş səhnə imkanlarına malik olduğunu göstərir. “Ötən günlər”dəki Hacı Yusif obrazı isə tamamilə fərqli ampluaya malikdir. Aktyorun roldan rola inkişafı göz önündədir. Rəşadın ifasında Hacı Yusif fərqli səciyyə daşıyır. O, Daşkənddə nüfuz sahibidir, Əziz bəyin zülmündən bezmiş kütlə onun ədalətinə sığınır. O, oğlunun istəklərinə qarşı çıxmasa da feodal quruluşun qanunları qarşısında duruş gətirə bilmir. Aktyor Hacı Yusifin mənəvi iztirablarını görümlü etməyi bacarır.
Əməkdar artist Əfqan Soltanov Mirzəkərim rolunun öhdəsindən uğurla gəlir. O, qəddar feodal deyil, rəhmli, ədalətli, müdrik insandır. Qızının istəyinə uyğun olaraq onun Atabəylə evlənməsinə razılıq verir. Aktyor obraza uyğun uğurlu ifadə vasitələri tapır. Eləcə də Aftab rolunun ifaçısı, Əməkdar artist Səmayə Sadıqova qızının xoşbəxtliyi üçün çalışan ananın həyəcanlarını təbii şəkildə tamaşaçıya çatdırır.
İsmayıl Atakişiyevin ifasında Həsənalı Lələ, Mehman Abdullanın ifasında isə Xudayar xan tamaşaya uğurlu yön verir, hadisələrin istiqamətini dəyişir.
Zülfiyyə Məmmədova Zeynəbin sarsıntılarını canlı, təbii boyalarla çatdırır. Onun bədbəxtliyi, çarəsizliyi acı təəssüf hissi doğurur. Zənnimcə, Zeynəb aktisanın səhnədə ən uğurlu rollarından biridir.

Gənc aktyor Elməddin Zakirlinin ifasında Həmid obrazı canlı və dinamikdir. Həmidin hiyəgərliyi, xainliyi tamaşaçıda ona qarşı nifrət hissi oyadır. Gənc olmasına baxmayaraq Elməddin bu rolun öhdəsindən uğurla gəlir.
Rəşid Soltanovun ifasında çar məmuru səhnəyə xəyanət kölgəsi kimi daxil olur. O, çar imperiyasının gizli niyyətinin icraçısıdır.
Tamaşanın uğurunda aktyor ifalarıyla yanaşı səmərəli əməyini və uğurlu yaradıcılıq axtarışlarını xüsusi qeyd etmək lazımdır. Mərahim müəllim daim axtarışda olan rejissordur. Bu tamaşanın da ideya-bədii həllini uğurla tapmışdır.
“Ötən günlər” tamaşası Bakı Bələdiyyə Teatrının uğurlu tamaşalarından biri kimi yaddaşlara yazıldı. Şübhəsiz, bu tamaşa Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin inkişafına öz töhfəsini verəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 May 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

12 May 2026 02:12see262

Erməni ailəsinin Azərbaycandakı biznesi ŞOK FAKTLAR VİDEO

12 May 2026 01:07see213

Almaniya ABŞ dan “Tayfun” və “Tomahawk” almaq müraciətini nəzərdən keçirir

12 May 2026 02:57see208

9 nəfərdə hantavirus aşkarlanıb ÜST həyəcan təbili çaldı...

12 May 2026 03:05see200

Xırdalanlıların işi lap dalana dirənib: Elə bil müharibə meydanıdır...

12 May 2026 01:07see196

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? 1500

12 May 2026 02:09see196

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

12 May 2026 02:29see190

Fransa böyük faciədən döndü

12 May 2026 01:22see189

Quru göz sindromu niyə artır?

12 May 2026 00:39see188

“Milan”ın baş məşqçisi istefaya göndərilə bilər

12 May 2026 01:57see186

Çin şirkətləri Tacikistana 8 milyard dollardan çox investisiya yatıracaq

12 May 2026 00:17see185

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

12 May 2026 00:58see184

Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?

12 May 2026 12:47see177

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see175

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

13 May 2026 12:20see173

DÇ 2026 öncəsi ABŞ millisində ciddi itki

12 May 2026 00:06see172

Üç teleaparıcını hökumət sözçüsü təyin etdi

12 May 2026 05:03see170

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

13 May 2026 03:20see168

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

13 May 2026 08:35see166

Samsunda aramsız yağışlar daşqına səbəb olub

13 May 2026 00:45see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri