Ötən həftənin xronikası: 211 yanğına çıxış oldu, 5 nəfərin meyiti tapıldı VİDEO
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 211 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 41 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 13 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















