Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2023-cü ildə 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri 632 milyard dollara çatıb ki, bu da real ifadədə 2022-ci illə müqayisədə 4,2% artım deməkdir.
“Report” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah ticarəti ilə bağlı son hesabatında məlumat verib.
Ekspertlər qeyd ediblər ki, silah satışından əldə edilən gəlirlərin artımı bütün regionlarda, xüsusən də Rusiya və Yaxın Şərqdə nəzərə çarpır.
“Kiçik istehsalçılar Qəzza və Ukraynadakı münaqişələr, Şərqi Asiyada artan gərginlik və geniş yayılmış hərbi yenidən silahlanma proqramlarından irəli gələn yeni tələbatdan faydalanıblar. Top 100 şirkət artan tələbata cavab olaraq 2023-cü ildə istehsalını artırdı və gəlirlər 2022-ci ildə azaldıqdan sonra yenidən artıb.
Firmaların təxminən dörddə üçü illik gəlirlərini artırıb. 2023-cü ildə silah satışından əldə edilən gəlirdə nəzərəçarpacaq artım olub və bu, 2024-cü ildə də davam edəcək”, - hesabatda deyilir.
Üç Türkiyə şirkəti, əsasən, Ukraynadakı münaqişə və hökumətin silah istehsalında özünü təmin etmək üçün davam edən səylər nəticəsində gəlirlərini 24% artaraq 6 milyard dollara çatdırıb.
Beləliklə, Baykar İHA şirkətinin məhsullarının satışı 2023-cü ildə hərbi satış gəlirlərinin təxminən 90%-ni təşkil edib ki, bu da 25% artaraq 1,9 milyard dollara çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 02 Dekabr 2024 04:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















