Icma.az
close
up
RU
“Ötən il 670 məhkumun tibbi xidmətlərinin icrası mümkün olmayıb”

“Ötən il 670 məhkumun tibbi xidmətlərinin icrası mümkün olmayıb”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Məhkumların tibbi xidmətlərə olan ehtiyaclarının əsasən Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən qarşılanmasına baxmayaraq, zəruri tibbi avadanlıq və müvafiq sahə üzrə işçilərin olmaması səbəbindən bir sıra tibbi xidmətlərin göstərilməsi mümkün deyil. Belə ki, həmin xidmətlərin icbari tibbi sığorta ilə əhatə olunmaması bu xidmətlərin maliyyələşdirilməsi ilə bağlı suallar yaradır, ən əsası isə məhkumların tibbi xidmətlərlə bağlı konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb olur”.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bu gün keçirilən iclasında danışıb.

“Bir faktı qeyd edək ki, təkcə 2024-cü il ərzində 670 məhkumun müxtəlif radiologiya xidmətlərindən, orta və ağır cərrahi müdaxilələrdən, orta və ağır terapevtik müayinə və müalicələrdən yararlanması zəruri olsa da, müəyyən infrastruktur, avadanlıq və insan resursları baxımından çatışmazlıq səbəbindən bu tibbi xidmətlərin icrası mümkün olmayıb. 

Beləliklə də, məhkumların tibbi xidmətlərlə bağlı hüquqlarının təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən qarşılanması mümkün olmayan tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsi zərurəti yaranır. Bu məqsədlə qanunvericiliyə müvafiq düzəlişlərin edilməsi təklif olunur”, - deyə o qeyd edib. 

Şöbə müdirinin sözlərinə görə, sözügedən şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, Qanuna yeni maddə əlavə olunaraq Xidmətlər Zərfində tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən edilir: “Bu normanın tətbiqi şərtləri də o anlama gəlir ki, qeyd olunan dəyişikliyin qüvvəyə minməsi halında maliyyələşmənin icbari tibbi sığorta vəsaiti hesabına həyata keçiriləcəyi büdcə ili ərzində tibbi xidmət göstərilən şəxslərin sayı 1500 nəfəri aşmamalıdır. Bu rəqəm yaxın illərdə artan dinamika olaraq deyil, məhz rəqəmin sabit qalması şərti ilə təsbit edilir.

Dövlət büdcəsi tərəfindən 2025-ci il üçün ödənilən adambaşı sığorta haqqının 124 manat əsas götürməklə icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilən sığorta ödənişlərinin ümumi məbləğinin 200 min manat olması proqnozlaşdırılır”.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see248

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see245

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see203

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see151

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see146

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see146

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see138

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see137

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see136

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri