Ötən il daha çox olub və bu il də çox olacaq Putinlə Paşinyan arasında fikir ayrılığı yarandı (VİDEO)
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Düşənbədə MDB sammiti zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında fikir ayrılığı yaranıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Putin iclas zamanı Paşinyana hazırda iki ölkə arasında ticarət dövriyyəsinin hansı həcmdə olması barədə sual ünvanlayıb.
Paşinyan isə cavabında Rusiya və Ermənistan arasında həmin rəqəmin 2025-ci ildə 4 milyard dollar, ötən il isə 9 milyard dollar olduğunu bildirib.
Putin isə bu fikirlə razılaşmayaraq göstəricilərin daha çox olduğunu qeyd edib: “Daha çox. Ötən il daha çox olub və bu il də çox olacaq. Bu, aydındır”.
Ermənistan Baş naziri bu irada sadəcə “Ola bilər” deyə cavab verib.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, 2024-cü ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 1,6 dəfə artıb və 12 milyard dollardan çox təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 10 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















