Icma.az
close
up
RU
Ötən il dövlət büdcəsindən beynəlxalq və ölkə səviyyəli tədbirlərə nə qədər vəsait xərclənib?

Ötən il dövlət büdcəsindən beynəlxalq və ölkə səviyyəli tədbirlərə nə qədər vəsait xərclənib?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü il dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195.9 milyon manat məbləğində vəsait istifadə edilib.

Oxu.Az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində əksini tapıb.

O cümlədən,

- "Formula-1" Azərbaycan Qran-Prisi üçün 168 milyon manat,

- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün 10 milyon manat,

- İnvestisiya Təşviqi Forumu və digər təşviqat tədbirləri üçün 4.5 milyon manat,

- 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üçün 3.5 milyon manat,

- 11-ci Qlobal Bakı Forumu üçün 2.6 milyon manat,

- Xarıbülbül Beynəlxalq Musiqi Festivalı üçün 2.3 milyon manat,

- Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 3-cü iclasının İsveçrə Konfederasiyasında keçirilməsi üçün 1 milyon manat,

- Asiya Parlament Assambleyasına sədrliklə bağlı tədbirlər üçün 767.4 min manat,

- Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağı üçün 611.7 min manat,

- "Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü"nə həsr edilən II beynəlxalq konfrans üçün 500 min manat,

- Vaqif Poeziya Günləri tədbiri üçün 446.4 min manat,

- işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlb edilməsinin dəstəklənməsi üzrə tədbiri üçün 274.4 min manat,

- Vokalçıların Bülbül adına 9-cu beynəlxalq müsabiqəsi üçün 234 min manat,

- TÜRKPA-nın 13-cü plenar iclası, TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun 3-cü iclası və TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun 3-cü iclası üçün 209.8 min manat,

- bir sıra xarici ölkələrdə beynəlxalq konfransların və sərgilərin keçirilməsi üçün 199.9 min manat,

- Azərbaycan Parlamentinin 106-cı ildönümü münasibətilə Beynəlxalq Parlament Konfransı üçün 196.9 min manat,

- 16-cı Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı üçün 193,8 min manat, Yaşıl Enerji Forumu üçün 77.8 min manat,

- Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin tədris qurumları tərəfindən təsis edilmiş Türk Ədliyyə Təlim Şəbəkəsinə (TƏTŞ) 2024-cü ildə ölkəmizin sədrliyi çərçivəsində keçirilməsi nəzərdə tutulan qurultay və konfrans üçün müvafiq olaraq 60 min manat və 58.8 min manat,

- Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Borcunun Auditi üzrə İşçi Qrupunun illik toplantısı üçün 48.6 min manat,

- Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Gününə həsr edilən beynəlxalq konfrans üçün 43.9 min manat,

- Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının 11-ci iclası və iclas çərçivəsində seminar üçün 40.2 min manat,

- Bakı Enerji Həftəsi üçün 40.1 min manat,

- Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi qrupunun illik toplantısı üçün 36.2 min manat,

- COP29 çərçivəsində enerji sahəsi üzrə tədbirlər üçün 33.1 min manat,

- Azərbaycanın Almatı Prosesinə sədrliyi çərçivəsində yüksəkvəzifəli şəxslərin görüşü üçün 24 min manat vəsait istifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri