Ötən il “Əmək veteranı” adı və vəsiqəsi ilə təmin edilənlərin sayı açıqlanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 2 fevral, AZƏRTAC
Keçən il ümumilikdə 245 vətəndaş “Əmək veteranı” adı və vəsiqəsi ilə təmin edilib. Onlardan 191-i kişi, 54-ü isə qadındır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Bildirilib ki, “Əmək veteranı” adı və vəsiqəsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilərin 40 ildən artıq, qadınların 30 ildən artıq əmək stajı olduqda) verilir: “Bu ad və müvafiq vəsiqə mövcud əsasnamədə göstərilən şəxslərə iş yeri tərəfindən, pensiyaya çıxmış vətəndaşlara isə onların son işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən təqdim olunur. “Əmək veteranı” adı almaq istəyən şəxs müvafiq ərizə və təsdiqedici sənədlərlə iş yerinə müraciət edir. Əsasnamədə nəzərdə tutulmayan hallarda, məsələn, müəssisə ləğv edilmiş olduqda və ya iş yeri qeyri-dövlət müəssisəsi olduqda “Əmək veteranı” adı və vəsiqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir”, - deyə məlumatda qeyd olunub.
Baxış sayı:109
Bu xəbər 02 Fevral 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















