Icma.az
close
up
RU
Ötən il pensiyaları ödəmək üçün 1,2 milyard manat çatmayıb

Ötən il pensiyaları ödəmək üçün 1,2 milyard manat çatmayıb

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


ötən il pensiyaları ödəmək üçün 1,2 milyard manat çatmamışdı və bu fərq dövlət büdcəsindən transfer olunmuşdu. Bu il isə bu çatışmayan pul daha 400 milyon manat artaraq 1,6 milyard manata çatıb. Çünki, 2025-ci ildə fonda 6 milyard yığılması gözlənildiyi halda fondun verməli oldiuğu pensiya məbləğləri 7,6 milyard manata yüksəlib. Göründüyü kimi fərq ildən-ilə böyüyür və bu, prosesin hansı istiqamətə getdiyini çox açıq göstərir. (Hələ Fondunun milyardlarla ölçülən və ildən-ilə artan debitor borclarını demirəm)
Ən diqqətçəkən məqam budur ki, 2026-cı ildə dövlət büdcəsinin artım tempi cəmi 0,3 faiz proqnozlaşdırılıb. Yəni büdcə faktiki olaraq yerində qalıb, amma pensiya xərcləri ildən ilə böyüyür. Deməli, qarşıdakı artımı büdcə hesabına qarşılamaqla bağlı çətinliklər qaçılmazdır.
Belə vəziyyətdə bu fərqi bağlamaq üçün iki yol qalır:
Birinci yol müvəqqəti transferlərdir. Dövlət ehtiyat mənbələrindən, xüsusilə Neft Fondundan vəsait yönləndirilməsi ilə bu fərq bağlana bilər. Amma bu davamlı həll deyil. İstifadə etmək olar, amma müəyyən həddə qədər. Bu ölkənin strateji valyuta ehtiyatıdır və ehtiyatsız xərclənməsi ciddi risklər yaradar. Heç bir ölkə bu modeli uzun müddət davam etdirə bilməz.
İkinci yol inkişaf etmiş ölkələrin demək olar ki, 99 faizində tətbiq olunan yoldur. Bu gəlirlərin və şəffaflığın artırılması yoludur. Bu çətin yoldur, amma “ölümsüz” yoldur. Yəni, əgər iqtisadiyyat inkişaf edib əməkhaqları yüksələrsə, sosial sığorta ödənişləri də artacaq. Məsələn, bu gün 1000 manat maaş alan şəxsin bu gəlirinə görə fonda təxminən 250 manat toplanır. Əgər həmin şəxs 3000 manat maaş alsaydı, toplanan məbləğ 750 manat olardı. Bu isə Pensiya Fondunun gəlirlərini 3 dəfə artırararaq, 6 milyard deyil, təxminən 17-18 milyarda çatdırardı. O zaman nə pensiya yaşının artırılması bu qədər müzakirə mövzusu olardı, nə də pensiyaların artırılması bu qədər çətin. Hətta dünyasını dəyişmiş insanların da pensiya kapitalı ailələrinə rahat şəkildə verilə bilərdi.
Yəni, bu məsələ sadəcə sosial məsələ deyil. Bu, soyuq riyaziyyat və uzunmüddətli iqtisadi baxış tələb edən ciddi bir məsələdir. Əgər bu gün iqtisadi bazanı genişləndirməsək, sabah bu fərqi bağlamaq daha da çətinləşəcək. Dövlət büdcəsi bu yükü sonsuzadək daşıya bilməz.
Amma üçüncü bir yol da var. Bu yol nə iqtisadiyyatı böyüdür, nə də gəlirləri artırır. Sadəcə pensiya yaşı artırılaraq, fiskal yükün azaldılması təmin edilir və perspektiv risklər idarəolunan səviyyəyə endirilir.
Mən ikinci yolu dəstəkləyirəm.
Eldəniz Əmirov, iqtisadçı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri