Icma.az
close
up
RU
Ötən il Qarabağda hansı tədqiqat işləri aparılıb?

Ötən il Qarabağda hansı tədqiqat işləri aparılıb?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə aparılan tədqiqat işləri açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, cari ildə institut əməkdaşları işğaldan azad olunmuş Zəngilan, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər rayonları ərazisində arxeoloji və antropoloji tədqiqatlar aparıblar.

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq Paleolit arxeoloji ekspedisiyası Qarabağın Xocavənd rayonunda yerləşən Azıx mağarasında tədqiqat aparıb. Tədqiqatlar Orhus Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında həyata keçirilib. Bu il aparılan tədqiqatların əsas məqsədi mağarada təxminən 15 metrlik çöküntülərin stratiqrafiyasını (tarixi geologiyanın bölməsi, Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir) dəqiqləşdirmək, bütün təbəqələrdən müxtəlif üsullarla nümunələr götürmək və çöküntülərin təhlili üçün biomarkerlər götürmək olub. Nəticədə, təhlil üçün 100 kiloqramdan artıq çəkidə 300-dən çox nümunə götürülüb.

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb. Aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib. Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan aşkar edilib.

Arxeologiya və Antropologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent Zaur Həsənovun başçılıq etdiyi "Füzuli-Xocavənd dəmir dövrü arxeoloji ekspedisiyası" Füzuli rayonunun işğaldan azad olunmuş Mirzəcamallı və Merdinli kəndlərinin arasında yerləşən "Yedditəpə" kurqanlar abidəsində Koreya və İsveçrə alimlərinin birgə iştirakı ilə tədqiqat aparıb. Araşdırmalar Yedditəpə abidəsinin şərq sıra xəttində yerləşən 5 nömrəli kurqanda aparılıb. Qara və sarı torpaq qatları arasında kül izləri, qamış qabıqları və ağac fraqmentləri qeydə alınıb, bu xüsusiyyətlər abidənin inşasında mühəndislik yanaşmalarının tətbiq olunduğunu göstərib.

Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi ilə Xocavənd rayonu Tuğ "Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunda 2025-ci ilin yanvar ayında Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi ilə arxeoloji kəşfiyyat və qazıntı işləri aparılıb. Abidə ətrafında ermənilər tərəfindən qeyri-qanuni tədqiqat işləri 2017-2020-ci illərdə həyata keçirilib. Bu tədqiqatlar zamanı kilsənin daxili və xarici görünüşündə xeyli dəyişikliklər aparılıb. Aparılan tədqiqatlarda bu faktlar qeydə alınmış, həmçinin kilsə ətrafında yerləşən bir sövmə (ibadətxana) arxeoloji cəhətdən tədqiq edilib, əlavə olaraq sənduqə tipli qəbirlər qeydə alınaraq onlardan birində tədqiqat aparılıb, radiokarbon analizi üçün nümunələr götürülüb.

Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədovun başçılığı ilə 2025-ci ilin yanvar ayında Tuğ Qoruğuna daxil olan Qırmızı kilsə alban dövrü abidəsində arxeoloji tədqiqatlar davam etdirilib. Arxeoloji tədqiqatlar zamanı məlum oldu ki, məbədin örtüyü, cənub-şərq və şimal-qərb divarı dağılmış vəziyyətdə olsa da, onun yalnız şərq divarı salamat vəziyyətdədir. Qırmızı Kilsə XIX əsrin ortalarından məbəd kimi istifadə olunmadığından onun içərisində əlavə qəbirlər salınıb.

Həmçinin o, Şərqi Zəngəzur arxeoloji ekspedisiyası Zəngilanda, Şərifan kəndi ərazisində tədqiqat aparıb. 2025-ci il tədqiqatları türbənin daxili və ətrafında aparılan qazıntılar qəbir kamerasının kompleks quruluşunu, bişmiş kərpiclə hörülmüş iki hissəli dəfn sistemini və orta əsr müsəlman qəbirlərinin mövcudluğunu müəyyən edib. Aşkar olunan maddi-mədəniyyət nümunələri abidənin XIII-XV əsrlərə aid olduğunu təsdiqlənərək bölgənin orta əsr dini-memarlıq ənənələrinin və sosial həyatının öyrənilməsi üçün mühüm elmi material təqdim edib.

Eyni zamanda, ötən il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası və antropologiyası ekspedisiyası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu ilə birgə işğaldan edilmiş Ağdam, Ağdərə, Xocalı, Şuşa və Əsgəran ərazilərində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı ilə əlaqədar tədqiqat işləri aparıb. Tədqiqatlar Ağdam, Şuşa, Xocalı, Ağdərə, Kəlbəcər və digər rayonlarda aparılmış, müxtəlif ərazilərdə Birinci Qarabağ müharibəsində şəhid olmuş, itkin düşmüş vətəndaşlara aid olması ehtimal olunan insan skeletləri və fraqmentləri aşkarlanıb. Qazıntılar zamanı həm mülki, həm də hərbi şəxslərə aid qalıqlar müəyyən edilib, müvafiq qaydada sənədləşdirilərək aidiyyəti üzrə təhvil verilib.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Yanvar 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri