Icma.az
close
up
RU
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? Valideynlərdən ŞİKAYƏT

Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? Valideynlərdən ŞİKAYƏT

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Samuxun Tatlı orta kənd məktəbində bir zamanlar odun sobasından istifadə edilməsi və sinif otaqlarının soyuq olması barədə məlumat verilib. Ötən ilin noyabr ayında məktəb şagirdləri və müəllimlər, o cümlədən də valideynlər sevindilər ki, artıq təhsil müəssisəsi qazlaşdırılıb. Lakin onların bu sevinci uzun sürmədi. Belə ki, Samux rayonunun Tatlı kənd məktəbində artıq mavi yanacaq vasitəsi ilə isitmə sistemi olsa da, qazın tez-tez kəsilməsi səbəbindən sinif otaqları yenə çox soyuq olaraq qalır. Valideynlərin sözlərinə görə soyuq otaqlarda dərs keçdiklərinə görə övladları tez-tez xəstələnir.
Valideyn Nəsimi Cəfərov Bizim.Media-nın yerli bürosuna bildirib ki, qış rejiminə keçəndən Samux rayonunun Tatlı kənd məktəbində proses bu cür də davam edir:
“Məktəbdə artıq neçə gündür qaz yanmır. Sinif otaqları çox soyuq olur. İstilik sistemin işində fasilələr yaranır. Uşaqlar xəstələnirlər. Övladlarımız dərsdən geri qalmasın deyə soyuq sinif otaqlarında oturmağa məcburdu”.
Kənd sakini Tarıyel Sarıyevin də övladı Tatlı məktəbində oxuyur. Onun sözlərinə görə soyuq oraqlarda dərs oxumaq mümkün olmur:
“Sinifdə uşaqlar üst paltarlarında otururlar. Nə düz əməlli dərs oxuya bilirlər, nə də yazı yaza bilirlər. Bu yaxınlarda uşaq xəstələnmişdi, həkimə apardım. Həkim soyuqlamaya qarşı iynə-dərman yazdı. Bəzən sinif soyuq olduğundan uşaqları evə buraxırlar. Belə tədris olar?”
Sakinlərin sözlərinə görə qazın tez-tez kəsilməsinin səbəbi məktəbə quraşdırılan qaz sayğacının smart, yəni kart sistemi ilə olmasıdır. Kartda pul bitən kimi qaz da kəsilir. Bu hal isə vaxtaşırı təkrarlanır.


Valideyn Xəyal Qurbanov da sözügedən problemdən gileylənib:
“Qaz çəkiləndə sevindik ki, daha odun daşımaqdan canımız qurtardı. İndi də qaz kəsilir, uşaqlar soyuqdan qırılır. Xəstəlik baş alıb gedir. Davamlı təhsil yoxdur. Axı niyə ümumtəhsil məktəbinə kartla işləyən qaz sayğacı quraşdırılır? Bura dövlətin təhsil müəssisəsidir, bilik mərkəzidir. Qaz var amma istilik sistemi işləmir. Səbəbini soruşanda deyirlər ki, sayğacda pul qurtarıb. Qışın ortasıdır. Bəs nə vaxt bu problemi həll edəcəklər?” deyə valideyn narazılığını bildirib.
Məsələ ilə bağlı Gəncə Daşkəsən Regonal təhsil idarəsindən bildirilib ki, hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb:
“Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Samux rayonu Tatlı kənd ümumi orta məktəbinin istilik təminatı kombi sistemi vasitəsilə həyata keçirilir. 03 fevral 2025-cü il tarixdə təhsil müəssisəsinin istiliklə təminatında problem olmayıb. 04 fevral 2025-ci il tarixində səhər saatlarında məktəbin istilik sisteminin sayğacında texniki problem yaranıb və qısa müddətdə aradan qaldırılıb.
Bildiririk ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi təmin olunur.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri