Icma.az
close
up
RU
Ötən il yol qəzasında ölən tanınmış alimin həyat yoldaşı məhkəmədə ifadə verib

Ötən il yol qəzasında ölən tanınmış alimin həyat yoldaşı məhkəmədə ifadə verib

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxsin hüquqi varisi Sevda Acaloğlu (Arif Acaloğlunun həyat yoldaşı- red.) ifadə verib.

O bildirib ki, məhkəmədən ədalətli qərar çıxaracağını gözləyir: “Mən hadisə baş verən anı göstərən 9 müxtəlif videoya dəfələrlə, ürək ağrısı ilə baxmışam. Yoldaşım yolu keçəndə l və ll zolaqda hərəkət edən sürücülər idarə etdiyi avtomobilləri tam şəkildə saxlayır, lll zolaqda hərəkət edən sürücü sürətini azaldır. Lakin həmin avtomobilin arxasında hərəkət edən avtomobil manevr edərək lV zolağa keçir və yoldaşımı vurur. Yolu xəstə, qoca, əqli qüsurlu şəxs keçə bilər. Bunu düşünmək lazımdır. Bu hadisə bizə ailəlikcə psixoloji zərbə vurub. Biz maddi cəhətdən cəhətdən psixoloji yardım ala bilmədik. Oğıum xaricdə təhsil alır. O, təhsil ala-ala işləməyə məcburdur. Qızım imkansızlıqdan magistr təhsilini yarıda qoydu. Bu, bizə zərbədir. Mən sona qədər mübarizə aparacam. Ədalət gözləyirəm. Maddi və mənəvi tələb irəli sürürəm”.

Təqsirləndirilən şəxsin vəkili ekspertizanın yenidən aparılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmənin qərarına əsasən, vəsatət açıq saxlanılıb.

Proses dekabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkən tərəf 200 yüz min manat təzminat tələbi irəli sürüb.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov ötən il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see120

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri