Ötən ildən qohum evliliyi ilə bağlı qadağa qüvvəyə minənədək qeydə alınan nikahların sayı açıqlanıb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Xatıraladaq ki, 2024-cü il iyulun 23-də Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun evliliyi qadağan edilib.
Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.

Qadağadan sonra qeydə alınan qohum evliliyi ilə bağlı nikahların sayı açıqlandı
01 İyul 2025 20:32
Ötən il qeydə alınan nikahların və boşanmaların sayı açıqlanıb
17 Fevral 2025 18:52
Ötən ay qeydə alınan nikahların sayı artıb
17 Mart 2025 14:57
Qohum evliliyi ilə bağlı qadağa qüvvəyə minir BU TARİXDƏN
12 Mart 2025 12:02
Ötən gün qeydə alınan cinayətlərin sayı açıqlandı
29 Noyabr 2024 09:41

