Icma.az
close
up
RU
Ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməyin Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ

Ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməyin Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Bu il doqquzillik bazadan orta ixtisas təhsil müəssisələrinə, yəni kolleclərə qəbul zamanı olduqca ciddi və çətin bir vəziyyət yaranıb. Əsas səbəblərdən biri plan yerlərinin azaldılmasıdır.  Burada ötən illə müqayisələndirsək, 2786 plan yeri azalıb. Əgər ötən il bu pillə üzrə ümumilikdə 10 930, yəni təxminən 11 000-ə yaxın plan yeri ayrılmışdısa, bu il cəmi 8144 yer təqdim olunub. Bu yerlər həm Azərbaycan, həm də rus bölmələri üzrə bölüşdürülür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev doqquzillik bazadan kolleclərə qəbul zamanı yarana biləcək risklərdən danışarkən bildirdi.

"Hazırda 32 000-dən çox şagird doqquzillik bazadan kolleclərə qəbul üçün elektron ərizəsini təqdim və təsdiq edib. Bu isə o deməkdir ki, hər dörd nəfərdən yalnız biri qəbul olmaq şansı əldə edəcək. Bu mərhələdə qəbul faizi kifayət qədər aşağıdır. Əgər Dövlət İmtahan Mərkəzi əlavə bir mərhələ elan edərsə və əvvəlki illərin məzunlarına yenidən ərizələrini təsdiqləmək və ixtisas seçimi imkanı verərsə, bu zaman ərizə verənlərin sayı təxminən 40 000-ə qədər arta bilər. Belə olduğu halda isə 40000 nəfər 8144 yerə qarşı rəqabət aparacaq. Rəqabət daha da güclənəcək və qəbul şansı hər beş nəfərdən birinə düşəcək".

Ekspertin fikrincə, bu amillər onu göstərir ki, bu il doqquzillik bazada formalaşacaq keçid balları ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yüksələcək.

"Minimal olaraq 10-15 bal, bəzi ixtisaslarda isə 30-40 bala qədər artım gözlənilir. Bu baxımdan abituriyentlər və valideynlər seçim prosesində son dərəcə diqqətli olmalı, ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməməlidirlər. Əvvəlki illə müqayisədə azalan plan yerləri və artan abituriyent sayı nəzərə alınmaqla, uğurlu seçim üçün daha dəqiq analiz və strateji yanaşma tələb olunur. Əks halda, uğur qazanmaq ehtimalı aşağı olacaq və bir çox abituriyent təhsil alma fürsətindən kənarda qala bilər", - deyə Elçin Əfəndiyev vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri