Ötmə zolağını zəbt edən sürücü hərəkətə mane oldu VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda yolun hərəkət hissəsində yerləşmə qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 27-də, paytaxtın Kənar Dairəvi yolunda baş verib.
Belə ki, 90-LY-272 qeydiyyat nişanlı "Qazel" markalı yük avtomobilinin sürücüsü sağ zolaq boş olduğu halda orta zolaqla hərəkət edib. Bu zaman görüntünü qeydə alan sürücünün ötüb keçməsinə maneə yaradıb.
"Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsində qeyd olunub ki, yaşayış məntəqələrindən kənarda, yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.
Bu qayda pozuntusuna törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 05 Dekabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















