Ov edən şəxs cərimələndi: Övladım qaşqaldaq kababı istəmişdi
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İmişli rayonu, Allahmədətli kəndində yerləşən “Sarısu” gölü ərazisində qanunsuz ov edən Kürdəmir sakini, 1971-ci il təvəllüdlü Bəhmən Gulalıyev (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, ov silahı ilə xüsusi icazəsi olmadan 5 ədəd qaşqaldaq və 3 ədəd ördək ovlayıb təbiətə ümumilikdə 44 manat ziyan vuran şəxs Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılılıb və barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında bildirib ki, ov silahı ona atasından yadigar qalıb: “Evdə sandıqdan çıxarılan zaman gördüm və belə bir silahın olduğunu xatırladım. Övladım məndən qaşqaldaq kababı çəkməsini istədi və silahı götürüb ova getdim. Əməlimdən peşmanam”.
Məhkəmənin qərarı ilə B.Gülalıyev 1000 manat məbləğində cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 07 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















