Ov silahı ilə qətl törədən şübhəlini polis saxlayıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Martın 26-da axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Ov silahı ilə qətl törədən şübhəlini polis saxladı DİN
26 Mart 2026 20:59
FSB Volqoqradda şübhəlini saxlayıb
03 İyun 2026 11:24
Polis 15 şübhəlini SAXLADI
04 Yanvar 2025 09:43
Polis 65 şübhəlini SAXLADI
18 Sentyabr 2026 11:38
Polis 83 şübhəlini SAXLADI
28 Sentyabr 2026 11:41
Baxış sayı:108
Bu xəbər 27 Mart 2026 06:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















