Icma.az
close
up
RU
Övladı TikTok a girən valideynlərə XƏBƏRDARLIQ: Bu məsələlərə mütləq diqqət edin, yoxsa… KONKRET

Övladı TikTok a girən valideynlərə XƏBƏRDARLIQ: Bu məsələlərə mütləq diqqət edin, yoxsa… KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

TikTok sosial şəbəkəsi “Ailə ayarları” bölməsində yeniyetmələrin müəyyən vaxt aralıqlarında tətbiqə girişini məhdudlaşdırmağa imkan verən funksiyanı işə salır. İndi valideynlər övladları üçün TikTok-a giriş məhdudiyyəti təyin edə bilərlər. Məsələn, dərs saatlarında və ya gecə vaxtı bu, mümkün ola bilər.

Bəs TikTok sosial şəbəkəsinin uşaqlara hansı təsirləri var?

Bu haqda KONKRET.az–a danışan psixoloq Nabat Mirzəyeva açıqlamasında bildirir ki, ümumiyyətlə, sosial şəbəkələrin hər birimizə zərərləri var. Uşaqlara isə təsiri daha çoxdur.

“Təkcə TikTok-dan deyil, müxtəlif sosial şəbəkələrdən qaydasız şəkildə istifadə etdikdə hər birimiz üçün zərərlidir. TikTok-da istər zərərli, istərsə də zərərsiz məlumatlar çox olduğundan uşaqlara aşırı dərəcədə təsir göstərir. Yəni bu platformada məlumat genişliyi var. Uşaqların gözünü açdığı vaxtdan aldığı məlumatlar var. Söhbət ailə, bağça, məktəb və yaxud dostlarından eşitdiyi informasiyalardan gedir. Lakin TikTok-da bəzi məlumatlar var ki, bizim ailəmizdə, ətrafımızda eşidilmir. Uşaqlar TikTok-dan istifadə etdiyi vaxt zərərli vərdişlərə rast gəlirlər. Hansı ki, böyüklərin ötürdüyü hərəkətlərin doğru olduğunu düşünür və bu hərəkətləri gələcəkdə təkrar edə bilərlər.“

Psixoloq qeyd edir ki, bəzi yeniyetmələr doğru tərzdə videolar çəkmirlər. 13 və 14 yaşlı uşaqlarda bunu görüb, təsirlənə bilərlər. Düşünürlər ki, sosial şəbəkədə paylaşılıbsa, deməli doğrudur. Həmin hərəkəti onlarda təkrar edir.

“Elə insanlar var ki, TikTok sosial şəbəkəsində etdiyi hərəkətlər doğru biçimdə deyil. Oynamaq, danışmaq, özünü aparmaq tərzi və sair. Lakin uşaqlar bu hərəkətlərin doğru olub-olmadığını anlaya bilmir. Sonra TikTok üzərindən bir sıra aqressiyalar aşılanır. Əgər Sosial şəbəkələrin faydası varsa da, mən deyərdim zərərləri daha çoxdur. Uşaqlarda asılılıq, diqqət yayılması, özünə inamsızlıq, güvənsizlik yaradır. Şərhlərdə yazılan qeyri-etik cümlələr onların düşüncələrinə təsir edir”.

N. Mirzəyeva vurğulayır ki, uşaqlar TikTok sosial şəbəkəsindən uzaq olmalıdır. Qaydalar, limitlər qoyulmalıdır.

“Faydası o ola bilər ki, sosial şəbəkələr üzərindən dərs proqramları öyrənsinlər. Və yaxud TikTok üzərindən video çəkilişlərin necə həyata keçirildiyini öyrənə bilərlər.

Psixoloq Gülnar Orucova isə saytımıza açıqlamasında bildirir ki, TikTok-un faydasından çox zərərləri göz qabağındadır. Bu sosial şəbəkədə canlı yayımlar və həmin canlı yayımlarda işlədilən qeyri-etik sözlər, hərəkətlər, eləcə də uduzan insanın əxlaqa sığmayan hərəkətləri daha çox izlənilir.

“Yaş məhdudiyyətinə gəldikdə isə istədiyi yaşı qeyd edib daxil ola bilirlər. Buna xüsusi nəzarət sistemi yoxdur. Xüsusi nəzarət sistemi də olmadığı üçün uşaqlar TikTok-dan pis örnək götürür. Bəzən deyilir ki, örnəyi öz ailəsindən götürsün. Niyə TikTok-dan götürür? Amma kütlə psixologiyası deyə bir məfhum var. Yəni kimsə nə edirsə, mən də edim psixologiyası mövcuddur. İnsanlar bir-birilərini təkrarlamağa başlayırlar. Uşaqlara isə inanılmaz təsirləri var. Faydası isə demək olar ki, yox səviyyəsindədir. “

Müsahibim bildirir ki, TikTok-dan pul qazanıldıqdan sonra, sosial platforma daha da pis vəziyyətə düşüb. Etikadan kənar hərəkətlər ortaya çıxmağa başlayıb.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Mart 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri