Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Övladınız məktəbə getməyə hazırdırmı? Belə YOXLAYIN!

Övladınız məktəbə getməyə hazırdırmı? Belə YOXLAYIN!

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Bir çox analar üçün uşağın məktəbə hazırlıq dövrü ən böyük problemə çevrilir. Uşağınızın məktəbə hazır olub-olmamasını necə yoxlamaq olar?

Bunun üçün sizə bir neçə özünəməxsus maraqlı testlər təqdim edirik. Bu testlər sizə uşağınızın məktəbə hazırlıq səviyyəsini müəyyən etməyə kömək edər.

Uşaga heyvanlar haqqında bir nağıl danışın. Bu nağılda hər bir personaj nəyə görə məktəbdə oxumaq istədiyini bildirir. Məsələn, məktəbli dovşan deyir: ”Mən məktəbə ona görə gedirəm ki, anam məni buna məcbur edir”. Tülkü balası isə cavab verir:

”Mən məktəbə ona görə gedirəm ki, oxumaq, yeni şeylər öyrənmək, tapşırıq yazmaq mənim xoşuma gəlir. Hətta məktəb olmasa idi, mən yenə də oxumağı, yazmağı öyrənərdim”. Üçüncü qəhrəman deyir: ”Mən məktəbə ona görə gedirəm ki, orada çoxlu uşaqlar var, onlarla oynamaq, danışıb-gülmək olar”.

İndi bu sualı uşağınıza verin: ”Necə fikirləşirsən, nəyə görə məktəbə getmək lazımdır? Sən nə üçün məktəbə getmək istəyirsən?” Əgər uşaq sizə təxminən nağılımızın birinci və üçüncü qəhrəmanı kimi cavab verərsə, deməli, o hələ məktəbə getməyə, bilik almaq kimi mürəkkəb prosesə hazır deyil.

Uşağın məktəbə hazırlıq dərəcəsinin daha bir göstəricisi - nitqin inkişafıdır. Uşaqdan ona oxuduğunuz kiçik (6-7 cümlə) hekayəni sizə danışmağını və ya baxdığı multiplikasiya filminin məzmununu söyləməyini xahiş edin. Əgər uşaq sözləri çətinliklə uzlaşdırırsa, düzgün cümlə qura bilmirsə, süjet xəttini (başlanğıc, orta, son) məntiqi şəkildə qura bilmirsə, demək, nitqin inkişaf etdirilməsi üzərində hələ çalışmaq lazımdır. Bu halda ən effektiv üsul - ucadan kitab oxumaqdır. Gündə yarım saatdan az olmayaraq uşağa nağıl və hekayələr oxuyun. Sonra isə oxuduğunuzdan ona suallar verin. Bu zaman siz onun diqqət və yaddaşını məşq etdirib möhkəmləndirirsiz. Uşaqla “artıq sözü tap” oyunu oynayın. Hər hansı bir sözü seçin. Məsələn, nar sözünü. Sözü bir neçə dəfə təkrar edin, sonra arada onun əvəzinə oxşar söz deyin:

Nar, nar, nar, nar, nar, qar, nar.

Uşağa tapmaca verin:”Qoyun sözü “q” hərfini itirsə nə olacaq? və ya “qo” hecasını itirsə nəyə çevriləcək”?

Əgər uşaq asanlıqla sözü hecalara bölürsə, deməli, fonematik eşitmə hissi inkişaf edib. Bu isə məktəbdə oxumaq üçün vacib şərtdir. Əks halda, uşaq ana dilini (xüsusilə orfoqrafiyanı) öyrənməkdə çətinlik çəkəcək.

Uşağın məntiqinin nə dərəcədə inkişaf etməsi də əhəmiyyət kəsb edir. Aşağıdakı cümlələri bitirməyi uşaqdan xahiş edin: “Qışda paltarsız küçəyə çıxsan...”, “Yağış yağıb, ona görə də...”. “Dördüncü artıqdır” oyununda uşağa 4 sözdən ibarət sıralar təklif edin. Hər bir sırada uşaq artıq olan bir sözü tapmalıdır. Məsələn: stol, stul, divan, pəncərə.

Söz-məntiq dərrakəsi 6-7 yaşlarında formalaşmağa başlayır. Yuxarıdakı məsələləri həll edərkən uşaq yalnız 1-2 səhvə yol verərsə, deməli, onda bu proses normal gedir. Səhvi daha çox olarsa, uşaqla məşqləri davam etdirmək zəruridir.

Kiçik motorika, yəni əllərin kiçik əzələlərini işlətmək uşağın inkişafı üçün çox vacibdir. Plastilindən əşyalar düzəldilməsi, kağızdan cürbəcür aplikasiyaların kəsilməsi kiçik motorikanı yaxşı inkişaf etdirir. Məktəbə hazır olan uşaq çox asanlıqla qayçıyla kağızdan müxtəlif fiqurlar (həndəsi fiqurlar daha yaxşı olar) kəsərək kağıza yapışdırır, dama-dama dəftərdə çəkilən və həndəsi fiqurlardan ibarət olan naxışları təkrar edə bilir, kağızda müxtəlif uzunluqda olan xəttlər və sadə şəkillər çəkir, şəkilləri rəngləyir, plastilindən sadə əşyalar düzəldir.

Əgər bu tapşırıqları yerinə yetirmək uşaq üçün çətin olarsa, demək, onun əlinin kiçik əzələlərini müvafiq idman məşğələləri ilə inkişaf etdirmək lazımdır. Nəyə görə bu, vacib hesab olunur? Məsələ ondan ibarətdir ki, insanın baş beynində nitq qabiliyyətinə və əl barmaqlarının hərəkətinə cavabdeh olan mərkəzlər bir-birinə çox yaxın yerləşmişlər. Beləliklə, kiçik motorikanı stimullaşdırarkən, biz həmçinin beyində uşağın nitq qabiliyyətini inkişaf etdirən mərkəzi də aktivləşdiririk.

Beləliklə, kiçik bir nəticəni qeyd edək. 5-6 yaşında olan uşaqlar nəyi bacarmalıdırlar?

Yaddaş, diqqət, düşüncə: şəkillərdə olan səhvləri və uyğunsuzluqları tapmaq; 6-8 sayda şəkilləri düzgün ardıcıllıqla düzmək; verilmiş şəkildə olan 5-6 əşyanı yadda saxlamaq; əşyaların düzülüşündə olan qanunauyğunluğu aşkar etmək; iki əşya və rəsmlər arasında olan oxşarlıqları və fərqləri tapmaq; verilmış əşyalar arasında artıq hesab ediləni tapmaq və bunu izah etmək; bütün rəngləri düzgün demək və onları ayırd etmək; təbiət hadisələrini ayıra bilmək; ilin fəsillərinin ardıcıllığını və həftənin günlərini, günün hissələrini (səhər, günorta, axşam) düzgün müəyyən etmək; “dünən”, “sırağagün”, “bu gün”, “sabah”, “birisigün” sözlərinin mənasını bilmək; “bizin planet necə adlanır? (yaşadığı şəhərin adını, Vətənimizin paytaxtını) və s. bu kimi sualına cavab vermək və s. Riyaziyyat: 1-dən iyirmiyədək və əksinə və onluqlarla olmaqla 100-dək saymağı bilmək; rəqəmləri tanımaq, onları düzgün ardıcıllıqla düzmək və yazmaq; əşyaların sayını müqayisə etmək, “>”, “Nitqin (danışıq qabiliyyətinin) inkişafı: ətrafdakı əşyaların adını demək, insanların və heyvanların hərəkətlərini danışmaq; “mebel”, “oyuncaqlar”, “nəqliyyat”, “qida məhsulları”, “meyvələr”, “tərəvəzlər”, “paltar”, “musiqi alətlər” və s. ümumiləşdirici sözlərin mənasını bilmək; əşyaları əlamətlərinə görə (dondurma - soyuq, ağ, şirin) tanımaq, əşyanın əlamətlərini müstəqil şəkildə demək; bir-birinə yaxın və əks olan sözləri (dayaz-dərin) tapmaq; içərisində, üstündə, altında, arxasında, arasında, önündə, yanında və s. bu tip sözlərin mənasını bilmək; müxtəlif peşələrin, bayramların adlarını bilmək; danışmağı bacarmaq (suallara cavab vermək və düzgün sual vermək); bir neçə şeir bilmək, tapmacaları tapmaq; verilmiş şəkilə baxmaqla 6-7 cümlə ilə onun haqqında danışmaq; danışılan əhvalatın sonunu özündən qoşmaq; sözdə olan ilk və son səsləri tapmaq; hərfin səsdən fərqini bilmək; iki və daha artıq hecadan ibarət olan sözləri oxumaq və onların mənasını bilmək; sözləri hecalara bölmək; cümlələri və kiçik mətinləri oxumaq; oxuduğunun mənasını bilmək; hərifləri və hecalarla oxumağı bilmək.

Əgər sizin uşaqda yuxarıda adları sayılmış qabiliyyətlər yoxdursa və ya çox az inkişaf edibsə, deməli, o hələ məktəbə hazır deyil. İmkan dairəsində, uşağı inkişaf etdirən və ya hazırlıq qruplarına yazdırın ki, gələn il o özü üçün yeni olan dünyaya sakitlik və sevinc hissi ilə daxil ola bilsin.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 05:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri