Icma.az
close
up
RU
Övladınızın qatil olmasını istəmirsinizsə BUNU ETMƏYİN XƏBƏRDARLIQ!

Övladınızın qatil olmasını istəmirsinizsə BUNU ETMƏYİN XƏBƏRDARLIQ!

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Bəzi valideynlər uşağı özgüvənli yetişdirməyə çalışırlar. Lakin bu zaman tərbiyə prosesində bir sıra boşluqlar yaranır. Bu da faciəvi nəticələrə gətirib çıxarır”.

 Bu fikirləri “Yeni Sabah”a açıqlamasında uşaq psixoloqu Nuriyyə Quliyeva bildirib. O, son dövrlərdə uşaq və yeniyetmələrin uyğunsuz davranışlarına səbəb olan amilləri belə vurğulayıb:

 “Təəssüf ki, son illərdə kütləvi informasiya vasitələrində yeniyetmələrin aqressiv davranışları, hətta qəddarcasına öz yaşıdlarına, həmçinin kiçik yaşda olanlara zərər verməsi barədə cinayətə qədər hadisələrlə üzləşirik. Belə hadisələrdə uşağın aqressiyası kimə yönəlibsə, düşünürəm ki, burada bir neçə istiqamətə nəzər yetirmək lazımdır. Səbəb yalnız bir kökdən gəlir deyə bilmərik. Son dövrlərdə uşaqların hər birinin texnologiyaya meyl etməsi nəzərdən qaçmır. Ən böyük səbəblər arasında bunu görürük. Sosial arenada uşaq və yeniyetmələrin izlədiyi film, cizgi filmlər, oynadıqları oyunların əksəriyyəti şiddət məzmunludur və özündə aqressiya daşıyır. Orada bir-birinə zərər vermək və öldürmək yer alır. Belə hal sözügedən yaş dövründə olanların psixologiyasına tez təsir göstərir. Çünki həmin dövr uşaqların daha emosional olduğu bir ərəfədir ki, məntiq bloklanmış olur və hislərlə hərəkət edilir. Bəzən bu hislərə hakim ola bilmirlər. Marqarita pizza

 Başqa bir səbəb isə valideyn və ətraf mühitdəki şəxslərin arasında doğru olmayan nümunələrin olmasını göstərmək olar. Belə ki, aqressiya göstərən valideynlər, uşağa yönəlik belə olmasa bir-birinə aqressiv olan yetkin insanlar, şiddət göstərmə hallarının yüksək səviyyədə olduğunu görürük. Həmçinin, uşağın ətrafında doğru nümunə olmayan öz yaşıdlarını da bu sıraya aid edə bilərik”.

 Psixoloq onu da qeyd edib ki, ailə münasibətlərində heç bir problem, şiddət, aqressiya olmadığı halda da uşaqlarda doğru olmayan davranışların, qəddarlığın və s. olduğunu müşahidə etmək olar:

 “Bütün bunlar valideynlərin tərbiyə prosesində buraxdığı boşluqlarla bağlıdır. Yəni ya uşağı çox sıxırlar, ya da hər şeyə icazə verirlər deyə nəzarətsiz qalır. Bəzən uşağı özgüvənli böyütmək adı altında həddən artıq boşluqlara yol verirlər. Amma hər bir uşaq müəyyən sərhədi tanımalıdır. Bilməlidir ki, sərhəd çərçivəsində hər şey etmək olar, lakin sərhədi aşmağa icazə yoxdur. Çünki sərhəd bizi qoruyan amildir. Sözsüz ki, hər bir ailə övladı özgüvənli yetişdirmə mərhələsində bir sıra qayda-qanunlar tərtib etməlidir”.

 Aytac Əliyeva 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri