Icma.az
close
up
RU
Qızdırmalı uşağa dərhal bunu etməyin Pediatrdan XƏBƏRDARLIQ

Qızdırmalı uşağa dərhal bunu etməyin Pediatrdan XƏBƏRDARLIQ

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ailələr uşaq qızdıran kimi dərhal onu salmağa çalışırlar. Halbuki qızdırma zamanı bədəndə o qədər dəyərli immun antitellər, interferonlar hazırlanır ki, bu, bir növ dərman və müalicəvi vasitə kimi qəbul edilə bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış pediatr Günay Rəsulova deyib. 
"Qızdırmanı dərhal 36°C-yə endirməyə çalışmaq düzgün deyil. Əgər temperatur 38,5°C-ə qalxıbsa və uşaq narahatdırsa, o zaman dərman vermək olar. Amma məsələn, bir saat keçib hələ də 37,5°C-dirsə və əlavə narahatlıq yoxdursa, dərman vermək düzgün deyil. Bu yanlışdır. Yəni 37,5–38°C aralığında uşaq çox süst, halsız deyilsə, müdaxilə etməyə ehtiyac yoxdur".
Pediatr deyib ki, mümkün qədər bədəni bu temperaturlarda saxlamaq lazımdır ki, immun antitellər yaransın:
"Sizin verdiyiniz hər bir dərman immun prosesə mane ola bilər. Əslində yaxşı müalicə effekti əldə etmək üçün dərmanla deyil, bədənin öz mexanizmləri ilə işləməsinə imkan vermək vacibdir. Çünki koronavirus və digər infeksiyalar zamanı orqanizmin belə müdafiə mexanizmlərinə böyük ehtiyacı olur.
Kənardan bizim dediyimiz odur ki, qızdırmanın müalicəedici xüsusiyyətini nəzərə almaq lazımdır. Məcbur olmadıqca qızdırmanı salmağa çalışmaq düzgün deyil".
Onun sözlərinə görə, bəzi istisnalar ola bilər:
"Məsələn, elə uşaq var ki, artıq 37,5°C-də çox süstdür və narahatdır – bu halda müdaxilə etmək olar. Amma başqa bir uşaq ola bilər ki, 38°C temperaturla da aktivdir, qaçır, oynayır. Belə halda sadəcə yaxından izləmək, evi sərinləşdirmək, uşağın bədənini ilıq su ilə silmək, bədəni soyutmaq kifayətdir. Burada əsas göstərici uşağın ümumi vəziyyətidir. Ona diqqət etmək lazımdır. Qızdırmanı mütləq 36°C-yə endirməyə çalışmaq doğru deyil.
Amma nəzərə alın ki, bu qaydalar ilk 3 ayın körpələrinə aid deyil. İlk 3 ayda temperatur 37,3–37,4°C-dən yuxarı qalxarsa, mütləq həkimə müraciət etmək lazımdır. 37,8°C və yuxarı olduqda, heç vaxt evdə oturub gözləmək olmaz. Qızdırmalı uşağı mütləq həkim görməlidir. Həkim müayinəsindən sonra isə uşağın vəziyyətini 3 gün evdə izləmək olar. Əks halda, gözləmək bəzən ziyanlı ola və vəziyyətin ağırlaşmasına səbəb ola bilər".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri