Icma.az
close
up
RU
Övladlarınız sizdən gəldi, amma sizin deyillər Valideynin karyeraya təsiri

Övladlarınız sizdən gəldi, amma sizin deyillər Valideynin karyeraya təsiri

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Valideynlərin iş həyatımıza, karyeramıza təsiri uşaqlıq dövründən başlayır. Onların bizə verdiyi təhsil, istiqamətləndirdiyi yol gələcəkdə iş həyatımızı da formalaşdırır. Belə ki, bir çox valideynlər öz təcrübələrinə əsasən övladlarının həyat yolunu yaradırlar, hətta övladlarının hansı işə gedə biləcəyini belə seçirlər. Maraqlıdır,  belə olduqda valideynlər karyeramıza necə təsir edir? Gənclərin karyerasına valideynlərin bu seçimlərinin mənfi və müsbət təsiri nə ola bilər?

Ölkə.az xəbər verir ki, təhsil eksperti Qoşqar Məhərrəmov Valyuta.az-a mövzuya bir zamanlar yaşamış Livanlı şair, filosof Xəlil Cibranın bu barədə paylaşdığı fikri ilə başladı: "Filosof deyir ki, övladlarınız sizdən gəldi, amma sizin deyillər. Onlara oxşamağa çalışa bilərsiniz, amma nəbadə onları özünüzə oxşatmağa çalışasınız. Övladlarınıza sadəcə istiqamət verə bilərsiniz, onların özlərinin arzuları, gələcək planları var. Siz isə gələcəyi yuxunuzda belə görə bilməzsiniz. Eyni ilə bu sözlərdən yola çıxarsaq, həqiqətən də insan öz övladına istiqamət verə bilər, həvəsləndirə bilər amma onun özü ola bilməz. Valideyn övladının qarşısındakı əngəlləri aradan qaldıra, onun özünü kəşf etməsinə kömək ola müxtəlif həyati təcrübələr yaşada bilər. Amma gənclər müxtəlif peşələrə baxsa, özünü kəşf edər, hansı peşəyə səriştəsinin, meylinin olduğunu daha yaxşı anlayar.

Valideynlər öz istəklərini övladlarına yükləyir

Təhsil eksperti deyir ki, valideynlər baxmalıdır ki, övladları hansı peşəni icra edəndə  özünü tamamilə o işin içərisində itirir, zövq alır: "Uşağın peşəsinə baxarkən özünü kəşf etməsinə kömək olmaq üçün valideynlər övladlarını yönləndirməlidir. Bundan artıq edə biləcəkləri xətadır. Bu nə ola bilər? Valideynlərin öz istəklərini övladlarına yükləməsi, uyğun gördükləri, bir vaxtlar maraqlı olduqları peşəyə övladlarını itmələri ola bilər. Bundan əlavə işdəki maaşa baxaraq, övladlarını başqaları ilə müqayisə edərək yanlış yanaşmalar sərgiləmələri etdikləri səhvlərdəndir. Yəni, peşəkar dəstək almırlar, yanlış istiqamətləndirirlər, valideynlərin təkidi ilə, yönəldilmələri ilə  hərəkət edirlər. Bunun da nəticəsində geridönüşü  olmayan yollara girirlər. Düşünürəm ki, valideynlər övladlarının  özünü kəşf etməsinə şərait yaratmalıdır. İfrat dərəcədə istiqamətləndirmə etmələri böyük bir yanlış olar.

Psixoloq Günel Hacızadə Valyuta.az-a danışaraq bildirdi ki, karyera ümumiyyətlə bir insan üçün çox vacib amildir: "İnsan ömrünün böyük bir hissəsini işləyərək keçirir. Buna görə də elə iş, elə ixtisas seçməlidir ki, bu gün işə gedəcəyini düşünərək, səhər oyanarkən bezgin olmasın. İşdəykən iş saatının bitməsini gözləyərək gözü saatda qalmasın. Həmçinin, ayın sonunda aldığı məbləğə baxıb "heyf əziyyətimə" də deməsin. Bütün bunlar insanın həyat keyfiyyətinə birbaşa təsir edən amillərdir. Valideynin də peşə seçiminə müdaxilə etməsi neqativ bir amil deyil. O halda ki, uşağın bilik, bacarıq və istəkləri nəzərə alınır".

Valideyn təkidi hər iki tərəfin də yanlış qərarlar verməsinə səbəb olur

G.Hacızadə Eynşteynin bu kimi situasiyalara uyğun gələcək bir vaxtlar səsləndirdiyi ifadələrdən nümunə gətirdi: "Eynşteyn deyir ki, hər kəs əslində dahidir, amma siz bir balığı ağaca dırmaşmaq bacarığına görə analiz etsəniz, bütün həyatını "bacarıqsız" olduğunu düşünərək keçirəcəkdir.

Məhz buna görə də əsasən  ixtisas seçimində, karyeralarına addımlama ərəfəsində  hədsiz çox çətinlik çəkən şagirdlərin psixoloji dəstək almasını da tövsiyyə edirik. Müəyyən testlər vasitəsi ilə şagirdin həm marağı olan sahəni, həm də uğur qazana biləcəyi ixtisası müəyyən etmək mümkündür. Bəzi valideynlər ixtisas seçimi və imtahan mövzusunda uşaqlardan daha çox həyəcanlanır və narahat olur. Mümkün qədər bunu uşaqlara yansıtmamalarını daha doğru olar. Belə halda bəzi həssas uşaqlar, yaxşı bal toplamazsa valideyninin onu sevməyəcəyini və ya hər kəsin ona əsəbləşəcəyini düşünərək yalnış qərarlar verər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Fevral 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri