Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Övraqi nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub

“Övraqi nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 fevral, Gülay Nəzərova, foto Azər İbrahimov, AZƏRTAC

Fevralın 17-də Azərbaycan Milli Konservatoriyasında “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

İncəsənətin ən zəngin səhifələrini özündə cəmləşdirən “Övraqi-nəfisə”, bir əsr sonra milli mətbuatımızın 150 illik yubileyinə töhfə vermək niyyətilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən yenidən gündəmə gətirilib. ADA Universitetinin təşəbbüs və dəstəyi sayəsində ərəb qrafikalı əski Azərbaycan əlifbasından latın qrafikalı müasir əlifbaya transliterasiya olunaraq nəfis bir tərtibatla nəşr edilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə bildirib ki, “Övraqi-nəfisə” ifadəsi nəfis, incə və dəyərli səhifələr anlamını daşıyır. Onun sözlərinə görə, zaman keçəcək, lakin bu layihə Azərbaycan mədəniyyətinin, milli incəsənətimizin və ümumən ədəbiyyat-musiqi tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlarda qalacaq.

Nəşrin milli mətbuatımızın 150 illiyinə həsr olunduğunu vurğulayan “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva qeyd edib ki, yubiley tarixləri yalnız təqvim hadisəsi deyil, həm də tarixi irsimizə yenidən nəzər salmaq, müəyyən məsələləri gündəmə gətirmək üçün mühüm fürsətdir.

Jurnalın transliteratoru, qeyd və şərhlərin müəllifi, filoloq və tərcüməçi Azad Ağaoğlu layihənin hazırlanma mərhələsində xüsusi həssaslıq və peşəkarlıq nümayiş etdirildiyini bildirib. O qeyd edib ki, nəşrin bədii və elmi hissələri jurnalın ümumi strukturu və konsepsiyasına uyğun şəkildə tərtib olunub, transliterasiya və şərhlər üzərində ciddi elmi iş aparılıb.

"Mətbuat tariximizə və köklərimizə diqqətin artması, bu sahədə araşdırma və nəşrlərin intensivləşməsi xüsusilə ADA Universitetinin təşəbbüsləri ilə yeni mərhələyə qədəm qoyub. Bu isə mətbuat tariximizin sistemli şəkildə öyrənilməsi və ictimai yaddaşda daha möhkəm yer alması baxımından olduqca əhəmiyyətlidir", - deyə o bildirib.

Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov vurğulayıb ki, bu jurnal Azərbaycan üçün son dərəcə nəcib və əhəmiyyətlidir. Onun sözlərinə görə, belə layihələr milli yaddaşı qoruyur, azərbaycançılıq ideyasını möhkəmləndirir və gələcək nəsillərə etibarlı mənbə ötürür. Qısa müddətdə görülən işlər yüksək qiymətə layiqdir və zaman keçdikcə bu zəhmətin dəyəri daha aydın görünəcək.

Tədbir bədii hissə ilə davam edib.

Azərbaycan Milli Konservatoriyasının “Miras” qədim musiqi alətləri ansamblının (bədii rəhbər: Pikə Axundova) ifasında orta əsr musiqi dühası Əbdülqadir Marağainin yaradıcılığından “Hüseyni bəstə” səsləndirilib. Proqramda, həmçinin Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasından fraqmentlər, “Qaragilə” xalq mahnısı, "Çahargah” təsnifi, "Şükriyyə", “Çırpınırdı Qara dəniz” və “Azərbaycan” marşı ifa olunub. Həmçinin Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından parçalar da təqdim edilib.

Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev təqdimat mərasiminin çox gözəl sözlərlə yadda qaldığını bildirib və əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb. O qeyd edib ki, bu cür tədbirlər davam etdirilməli, növbəti mərhələdə isə təhsil sahəsinə və tarixi mövzulara aid kitabların təqdimatı da həyata keçirilməlidir.

Hafiz Paşayev əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının və düzgün istifadəsinin qorunmasına xüsusi önəm verir. O vurğulayıb ki, bu dil mütaliə ilə inkişaf etdirilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Fevral 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri