Icma.az
close
up
RU
“Qlobal geosiyasi dəyişikliklərin Cənubi Qafqaza təsiri” nəşrinin təqdimatı olub

“Qlobal geosiyasi dəyişikliklərin Cənubi Qafqaza təsiri” nəşrinin təqdimatı olub

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Geosiyasi və Hüquq Təhlil Mərkəzi: Transatlantik Perspektiv” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qlobal geosiyasi dəyişikliklərin Cənubi Qafqaza təsiri” layihəsi çərçivəsində hazırlanmış nəşrin təqdimatı baş tutub. Layihənin və təşkilatın rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Sidqi Şövkətin müəllifi olduğu və üç dildə (Azərbaycan, ingilis və rus dillərində) çap edilmiş kitabın təqdimat mərasimi 27 avqust 2025-ci il tarixində Binəqədi Gənclər Evində keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açan təşkilatın sədri Sidqi Şövkət, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinə təşəkkürünü bildirib. O, layihənin məqsəd və nəticələri barədə tədbir iştirakçılarına məlumat verib.
Sidqi Şövkət çıxışında vurğulayıb ki, XXI əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemi dərin transformasiyadan keçir, yeni güc mərkəzləri meydana çıxır və köhnə dünya nizamı böhran yaşayır. O qeyd edib ki, məhz belə bir şəraitdə Cənubi Qafqaz qlobal güclərin maraqlarının kəsişdiyi məkana çevrilərək strateji əhəmiyyət qazanır, Azərbaycan isə çoxvektorlu və praqmatik xarici siyasəti ilə regionda sabitləşdirici rol oynayır. S.Şövkət həmçinin avqust ayında Vaşinqtonda imzalanmış tarixi sənədlər paketinin bölgənin təhlükəsizlik arxitekturasında dönüş nöqtəsi olduğunu xüsusi olaraq diqqətə çatdırıb.
S.Şövkət öz nitqində bildirib ki, Azərbaycan artıq yalnız regional gündəmin bir hissəsi deyil, onun fəal memarına çevrilib. O vurğulayıb ki, ölkə Şərqlə Qərbin qovşağında yeni geosiyasi qaydalar formalaşdıran subyekt kimi çıxış edir, enerji və nəqliyyat layihələrindən kənara çıxaraq Avrasiyada qarşılıqlı əlaqələrin konturlarını müəyyənləşdirir. S.Şövkətin sözlərinə görə, məhz çevik, suveren və rasional aktor kimi Azərbaycan XXI əsrin turbulent şəraitində sabitlik adası rolunu oynayır və həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş statusunu möhkəmləndirir.
Təqdimatın sonunda S.Şövkət iştirakçıların suallarını cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və xatirə şəkili çəkildi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri