Oxatanlarımıza növbəti idman dərəcələri təqdim olunub
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılarla görüş keçirilib. Federasiyanın baş katibi Fərid Xəlilovun iştirakı ilə baş tutan görüşdə idmançıların son nailiyyətləri müzakirə olunub və qazandıqları yeni idman dərəcələri onlara təqdim edilib.
Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təsdiq olunmuş rəsmi idman dərəcələrini əks etdirən vəsiqələr öz sahiblərinə çatdırılıb. Aliyə Əliyeva, Lalə Əbdürəhmanova və Dilguşə Sadıqovaya "İdman ustalığına namizəd" (İUN), Lalə İsmayılova, Sona Rüstəmli və Nurlan Rəhimliyə isə "I dərəcə" vəsiqələri təqdim olunub.
Görüş zamanı baş katib Fərid Xəlilov idmançıları əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, bu dərəcələrin onların peşəkar karyerasında mühüm mərhələ olduğunu vurğulayıb. Bildirilib ki, idmançıların növbəti hədəfi daha yüksək pillə olan "İdman Ustası" dərəcəsinə yiyələnmək və beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etməkdir.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 09 Aprel 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















