Icma.az
close
up
RU
Oxu, başına dönüm! Gülhüseyn Hüseynoğlu

Oxu, başına dönüm! Gülhüseyn Hüseynoğlu

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Xalq yazıçısı, ədəbiyyatşünas- müşfiqşünas Gülhüseyn Hüseynoğlunun anım günüdür.

Kulis.az bu münasibətlə ədibin "Tar çalınır" mənsur şeirini təqdim edir.

Tar çalınır

Sahil bağı. İki nəfər. Birinin əlində tar, birinin əlində Füzuli. Qəlb-ləri bir vurur təlatümlü dənizlə, ağaran, qaralan sularla, çağıran, hay-qıran dalğalarla. Bir vurur.
- Tarı dilləndirsənə, Qurban dayı!
- Tarı susdurmaq... tarı əlimizdən almaq istəyirlər, Müşfiq!..
- Tarı susdurmaq... Ləpələrin şırıltısını, şəlalələrin şairanə gurultusunu. Şahə qalxan dalğaların coşğunluğunu, nəğməkar bülbüllərin ürəkaçan cəh-cəhini susdurmaq mümkünmü, Qurban dayı?!
-Yox, Müşfiq, yox!
-Onda tara zaval yoxdur, Qurban dayı! Yoxdur! Sən bircə sarı telləri cana gətir, gücün çatdıqca coşan dalğalara səs ver, səs ver...
Otururlar. Kimsəsiz skamyada otururlar.
Tar dilə gəlir. Tüğyan edir, zilə qalxır.
- Çal, əlində heç zaman susdurula bilməyəcək canlı, ecazkar, xal-qın ruhundan qopan bir musiqi aləti var. Qurban dayı! Çal, başına dö-nüm! Qoy yorulmaq bilməyən barmaqların sarı tellərə əbədi bir həyat versin!..
Tar ötür, ötürdü...
Müşfiqin də, Qurbanın da gözləri yaşarmışdı. Yox, təkcə onların yox, Füzulinin də, dənizin, sahilin, köpürən, hayqıran dalğaların da gözləri yaşarmışdı...
Ertəsi gün... "İsmailliyə" də şeir gecəsi... Necə də hərarətlə qarşı-lanır oxunan şeirlər. Necə də!
- İndi də lap təzə bir şeir - ötən gecə yazdığım "Tar"ı oxuyacağam.
Qurbanın gözləri alacalanır, tutqun çöhrəsi işıqlanır. "Oxu, başına dönüm! Oxu, cəsarətinə qurban olum, oxu!" Şair oxuyur... Yox, tarzən sehrkarlıqla mizrabı qızıl tellər üstündə gəzdirir:


Oxu, tar, oxu, tar!..
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu tar, bir qadar!..
Nəğməni su kimi alışan ruhuma çiləyim.

Salon sükut içində dinləyir. Salon vəcdə gəlir... Şair son misraları deyir. Yox, tarzən son akkordları vurur:


Ey geniş kütləmin şirini, şərbəti,
Alovlu sənəti!

Böyük tilsimdən qurtaran salon susmaq bilməyən alqışlara bürünür. Şairin cəsarətini, şeirin qüdrətini təsdiq eləyən alqışlara...

Qurban Müşfiqə doğru gəlir, Müşfiq Qurbana doğru gedir. Qucaqlaşırlar. Tarın ölməzliyi, sənətin əbədiliyi naminə. Qucaqlaşırlar.
Qurban deyir:
- Sən daha heç nə yazmasan da "Tar" şeiri bəsindir, Müşfiq! "Tar"la sən həmişəlik qalacaqsan!.. Əbədilik olacaqsan!..


***


Tar çalınır... Müşfiq yada düşür, Qurban yada düşür!

7 avqust, 1967

Beyonsun çətin anları - Son anda xilas oldu Tanınmış nağara ifaçısı vəfat etdi "Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 İyul 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri