Icma.az
close
up
RU
Oxucular niyə daha çox motivasiya, detektiv tipli kitablar oxuyur və kitab bazarında olan problemin kökü nədədir? Yazıçılar cavablayır...

Oxucular niyə daha çox motivasiya, detektiv tipli kitablar oxuyur və kitab bazarında olan problemin kökü nədədir? Yazıçılar cavablayır...

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan ədəbiyyatında, mədəni maarif sahəsində zaman-zaman müzakirəsi gedən bir mövzu da insanların az kitab oxuması, daha dəqiq desək, oxuduqları kitabların da ciddi kitablar olmamağıdır.

Yazıçılar, adətən, detektiv, motivasiya tipli kitabları ciddi kitablar hesab etmirlər, amma oxucuların da marağının daha çox bu janrda olan kitablara olduğunu bildirirlər. 

Nəzərə alsaq ki, Azərbaycanda daha çox oxunan, satılan kitablar bu tipli ədəbiyyatdır, yazıçılar da haqsız sayılmaz. Məsələn, bu gün kitab evlərində, sərgilərində, nəşriyyatlarda satılan kitablara diqqət yetirsək, mənzərə daha aydın olar. 

Bəs bunun bir çıxış yolu varmı? 

Ümumiyyətlə, yazıçıların gözündə oxucular hansı kitabları oxuyur və belə məqamda nə etmək lazımdır?

Daim o cür kitablar yazmaqmı, ya başqa tip kitablara olan marağı artırmaqmı?

Bütün bu sualların hamısını yazıçılar Gununsesi.info-ya cavablayıb.

Yazıçı İlham Əziz deyir ki, ölkədə ən çox satılan kitablar motivasiya və dedektiv janrındadır.

“Bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Ölkədə ən çox satılan kitablar motivasiya və detektiv janrındadır. Həm yerli, həm də xarici müəlliflırin bu səpkidə kitabları satılır. Nəşriyyatlar da qazanc mıqsədilə bu kitabları reklam edirlər. Sənət, əsl ədəbiyyat əsərlərinin satış səviyyəsi aşağıdır. Bunun da səbəbi kapitalizm və savadsızlıqdır. İnsanlar motivasiya kitabları oxuyur ki, guya bu vasitə ilə pul qazanacaqlar. Ucuz detektiv və ya sevgi romanları da onların öz dilində və səviyyəsində olduğuna görə ajiotaj yaranır. Səviyyəli sənət və ədəbiyyat kitabları oxumaq oxucudan hazırlıq tələb edir. Heç kimi bu kitabları oxumağa məcbur etmək olmaz və heç lazım da deyil. O hiss insanın daxili təlabatından yaranmalıdır. Sənətkar öz əsərini oxucunun maraqları əsasında yazmır, yazsa, sənətkar da olmaz. Bu vəziyyətdən çıxış yolu yoxdur. Sadəcə, təhsilin, elmin səviyyəsi buna gətirib çıxara bilər. Vəziyyət də bu sahələrdə qənaətbəxş deyil. Bir yol var, o da ondan ibarətdir ki, yerli yazıçı dövlət dəstəyi ilə xaricdə gündəm olsun. O vaxt yerli oxucu da ona maraq göstərə bilər. Çünki, mentalitet xaricdən gələn hər şeyə meyillidir. Bu da çox uzun və ağrılı prosesdir.”

Gənc yazıçı Orxan Həsəni oxucuların marağının hansı kitablara olması və niyə o kitablara maraq göstərmələrinin əsaslı sosioloji araşdırma tələb etdiyi bildirib:

“Birinci növbədə, oxucuların marağının hansı kitablara olması və niyə o kitablara maraq göstərmələri əsaslı sosioloji araşdırma tələb edir. Mənim bu suala cavabım yoxdur. İkinci növbədə, bu cəmiyyət özü bir kitabdır, hara baxsan, təəccüblənməyə, təəssüflənməyə, sevinməyə, qorxmağa səbəb tapacaqsan. Bir azərbaycanlının həyatdan xammal formasında aldığı praktik informasiyalar, kitablardan aldığı informasiyalara amansızcasına qələbə çalır. Üçüncü növbədə, yazıçı öz bildiyini etməlidir. Laqeyd mühit ona müdhiş azadlıq bəxş eləmişdir. Yazıçı başa düşməlidir ki, heç kimin vecinə deyil və bundan incimək olmaz. O, sadəcə yazmalıdır, ümid etmədən və təəssüflənmədən, ucsuz, bucaqsız bir azlıq üçün. Dördüncü növbədə, çıxış yolu yoxdur. Çünki həkim yanına getmək, dərman qəbul eləmək, müalicə almaq üçün xəstəliyin simptomlarını hiss etməlisən, narahatlığını duymalısan, keyimiş, sinirlərdən arınmış cəmiyyətin isə hiss etmək qabiliyəti yoxdur. Mənzərə budur”

Yazıçı, jurnalist Mirmehdi Ağaoğlu isə dünyanın hər yerində vəziyyətin belə olduğunu bildirir:

“Mənə elə gəlir ki, ucuz belletriska nümunələrinə hər zaman ehtiyac olub. Yeməyin fəstfudu, kinonun yüngül forması olduğu kimi, ədəbiyyatında yüngül forması var. Ona da hər zaman maraq, istək olur. Amma Azərbaycanda ümumi olaraq problem hamının o cür yazıb-yazmaması bu deyil. Azərbaycandakı problem fundamentaldır. Kitab mağazaların azlığı, bir çox yerlərdə yoxluğu, genişlənməsi üçün stimulun olması, eləcə də nəşriyyatlara, subyektlərə stimulun verilməməsi, yazarlarla görüşlərin təşkili və.s-dir. Məsələn, bu görüşlər nə qədərdi? İldə-ayda bir dəfə ən tanınmış kimlərləsə görüş olur, vəssəlam. Bu cür görüşlərin müntəzəm hal aldığını görmürük. Bir sözlə, kitab institutu formalaşmayıb, ona görə. Xeyli güzəştlər lazımdır bu sahəyə, sahənin adamlarına. Ümumi götürsək, dünyanın hər yerində belədir. Hər tərəfdə Pamuk, Kundera az oxunur, yüngül ədəbiyyat çox oxunur.”

Şair, baş redaktor Aqşin Evrən isə Azərbaycan xalqının kitab oxumamaq kimi rpobleminin olmadığını deyir:

“Həmişə oxu vərdişlərinin formalaşmamasından danışırıq, lakin Azərbaycan xalqının kitab oxumaqla bağlı problemi yoxdur. Düzdür, nisbət aşağı ola bilər, amma ölkədə heç olmasa, aktiv bədii kitab oxuyan 30-40 min nəfər yoxdur? Əgər Azərbaycan yazıçısının, şairinin kitabı 5 min nüsxə satılmırsa, deməli, burada həm də texniki faktorlar var. Nəşriyyatların, müəllifin reklam strategiyası, oxucunun çağdaş roman struktur və üslubundan uzaq düşməsi, aidiyyəti qurumları kitab bazarına pozitiv müdaxiləsinin olmaması və sairə kimi amilləri demək olar. Əksər oxucular əsasən ənənəvi romanları, hekayələri, şeirləri oxuyur, bəyənir. Çünki müasir roman anlayışının forma və məzmun baxımdan qavranılması prosesi bizim cəmiyyətdə baş verməyib. Amma gec deyil, bu istiqamətdə nəticə verən işlər görmək olar. Hər gün məscidlərdə Quran, Axundov Kitabxanasında onlayn bədii-elmi-tarixi vəsaitlər oxuyan toplumu bədii ədəbiyyata da gətirmək mümkündür.”

KitabAl onlayn kitab mağazası və Kosmo Nəşriyyatı MMC-nin təsisçisi və direktoru İlkin Abdullayev isə bu məsələyə təsiredici nəsnələrdən danışaraq, yazıçı, nəşriyyat və oxucunun bağlılığını əsas gətirir:

“Məncə, məsələ tamamilə zəncirvaridir. Yəni, burada yazıçı, nəşriyyat, oxucu amili var ki, bu üçü də bir-birinə bağlıdır. Yazıçıların öhdəsinə düşən məsələ hansı məsələyə toxunmasıdır həm də. Yazılan əsər oxucuya maraqlıdırmı? Ondan əlavə, yazıçıların kitablara yanaşması, oxucuya olan münasibəti məsələsi var. Müasir dövrdə bu proses biznesdir axı. Hər bir tərəf qazanmaq istəyir. Zaman, pul xərcləyirsən və qazanmalısan. Detektiv ədəbiyyat daha çox primitiv ədəbiyyatdır və dünyanın hər yerində belədir. Hətta Türkiyəni filan götürsək, fərdi inkişaf, detektivlə bərabər, “bulvar ədəbiyyatı” tipli kitablardır. Hansı ki, dövrünə görə məşhur olurlar, sonra da unudulur, yaddan çıxır. Azərbaycanda bu məsələlərə Türkiyənin də təsiri var. Ümumi isə nəşriyyatların problemidir daha çox. Bir-iki nəşriyyatı çıxmaq şərti ilə heç bir nəşriyyatın yazıçı yetişdirmək ənənəsi yoxdur, ancaq qazanc əldə etmək məqsədi ilə o cür kitablara üstünlük verirlər. Sima müəllif yoxdur nəşriyyatlarda. Əksəriyyəti də mətbəə rolu oynayır. Müəllif gəlir, kitabı çap edir, gedir. Amma yetərli büdcəsi olan nəşriyyatlar da var, hansı ki, yaxşı qonorarlar verə bilərlər, özlərinin yazıçıları ola bilər. Digər bir məsələ də odur ki, xaricdən kitab alanda həmin kitabların min nüsxəsisə müəllif hüququna görə 300-500 dollar ödəniş veririk və sərfəli olur. Amma yerli müəlliflə başqadır. Bəzən elə qonorar istəyirlər ki, nəşriyyat həmin kitabı 300-500 nüsxə çıxardacağını, ondan sonra satılması filan düşünüləndə ziyana gedir. Oxuculara qalanda isə onları qınamaq yersizdir. O şəraiti nəşriyyat və müəlliflər yaradıb. 10 ildir, kitabın içindəyəm, şahidi oluram ki, tələbatı nəyə yaratsan, ona da maraq olacaq. Məsələn, “KitabAl” təsis olunanda məqsəd kimi elmi-kütləvi kitabların piarı ilə daha çox məşğul olacayıq demişdik, belə də edirik. Daha çox yerli müəlliflərə üstünlük veririk. Son olaraq, yazıçıların da hamısı keyfiyyətli mətn də ortaya qoya bilmirlər. Problem çoxdur, amma həll oluna bilər. Vaxt tələb etsə də, mümkündür.”

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri