Icma.az
close
up
RU
Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq?

Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq?

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Hər bir dövrün özünəməxsus xüsusiyyətləri, qanunauyğunluqları olur. Yaşadığımız dövr informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin həyatına təsiri, insan biliyinin dərinləşdirilməsi üçün mənbə müxtəlifliyi və genişliyi baxımından diqqəti cəlb edir. Bəs görəsən bu qədər alternativ vasitələr varkən kitab oxumaq nə qədər aktualdır?

Mövzu ilə bağlı Elmi işlər və kitabxana informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova SİA-ya açıqlamasında bildirib ki, bütün respublika Milli kitabxanaya müraciət edir: "Düşünürəm ki, bunun da səbəbi ondan ibarətdir ki, Azərbaycan dövrü mətbuatının arxivi bizdə mühafizə olunur. Ona görə də bu kitabxanaya müraciət daha çoxdur. Hal-hazırda kitabxananın oxucu zalına baxsanız oturmağa yer yoxdu. Bizə tələbələr müraciət edir. Eyni zamanda elmi işçilərimiz də müraciət edir. Onlar daha çox vertual rejimdə müraciət edirlər və biz onlara elektron xidmət göstəririk. Azərbaycan Milli Kitabxanasına bu gün şəxsi marağı üçün gələn gənclərimiz də çoxdur. İmtahanlara hazırlaşanlar da var, bədii kitab oxuyanlar da var, hansısa bir elm sahaəsi ilə maraqlananlar da var. Etiraf edək ki gənclər daha çox tərcümə olunmuş və türk dilində yazılmış kitablara üstünlük verirlər. Çox sevindirici haldır ki, texnikanın bu qədər inkişaf etməsinə baxmayaraq Milli Kitabxanaya oxucu gəlişi azalmayıb, tam əksinə günü gündən artır".

Naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da bizimlə öz fikirlərini bölüşüb: “Son dönəmlərdə kitablara maraq stabil şəkildə artır. Lakin, insanlar arasında fərqli davranışlar müşahidə olunur. Bir çoxları həqiqətən kitab almaq və oxumaq üçün "Book centr"lərə (kitab mərkəzlərinə) gedir. Eyni zamanda, bu məkanlar sosiallaşma yerləri kimi də istifadə olunur, bəzi gənclər isə daha çox kofe içib şəkil çəkdirməyə üstünlük verir. Bu, bir növ trend olsa da, müsbət tərəfi odur ki, bu mühit kitabsevərlik mədəniyyətinin genişlənməsinə dəstək olur. Günün tələbatı oxucuların marağının fərqli mövzularda dəyişməsinə də səbəb olur. Xüsusilə "Psixologiya və şəxsi inkişaf" (özünüdərk, liderlik, motivasiya), "Tarixi romanlar və bioqrafiyalar", "Sosial problemləri işıqlandıran əsərlər", "Elmi-fantastika və distopiya janrı". Bu mövzular müasir problemləri əks etdirdiyindən daha çox diqqət cəlb edir. Təbi ki, kitab seçimləri yaş aralığına görə də dəyişir. 15-25 yaş arası gənclər, daha çox təhsil və şəxsi inkişaf üçün oxuyurlar. 30-45 yaş arası yaş qrupunda olanlar həm peşəkar, həm də fərdi inkişaf kitablarına maraq göstərirlər. Uşaqlar arasında isə valideynlərin dəstəyi ilə maraq artır. Uşaq ədəbiyyatına diqqət son illərdə artmaqdadır. Valideynlər uşaqları üçün təhsilə dəstək olan kitablar və əyləncəli nağıllar almağa üstünlük verir. Azərbaycan dilində uşaq ədəbiyyatı da inkişaf edir, lakin hələ də rus və ingilis dillərindəki tərcümə əsərlərinə üstünlük verənlər çoxdur. Bu isə yerli müəlliflərə daha çox dəstək lazım olduğunu göstərir. Sevindirici hal odur ki, mənim müşahidəmə görə, oxucu marağı son 5 ildə 20-30% artmışdır. Amma gənclər arasında bu rəqəm daha yüksəkdir”.

Ülkər Rəhmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri