Qara dəniz ən yüksək hərbi riskli zona elan edilib
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Qara dəniz cari ildə ticarət gəmiləri üçün ən təhlükəli dəniz marşrutuna çevrilib və risk səviyyəsinə görə hətta Fars körfəzini və Hörmüz boğazını da geridə qoyub.
Bakıvaxtı.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bu qəzetin dərc etdiyi məqalədə yer alıb.
Dəniz təhlükəsizliyi şirkəti "Ambrey" və Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatına görə, cari ildə Qara dəniz akvatoriyasında 570-dən çox gəmiyə hücum edilib və nəticədə azı 40 dənizçi həlak olub. Bu vəziyyət Hörmüz boğazındakı vəziyyətdən xeyli ağırdır. Həmin ərazidə cəmi 24 gəmiyə hücum qeydə alınıb.
Hər iki regionda hücumların dəqiq sayı məlum olmasa da, Rusiya-Ukrayna müharibəsinin getdiyi Qara dənizdə üzməyin İran-ABŞ müharibəsinin episentrində üzməkdən daha riskli olduğu bildirilir.
"Ambrey" şirkətinin məlumatına görə, iyul-sentyabr aylarında təxminən 387 gəmiyə hücum edilib. Bu, əvvəlki rübdə qeydə alınan hücumların sayından beş dəfədən çoxdur. Həmin dövrdə gündə orta hesabla dörd hücum həyata keçirilib.
Son 45 gün ərzində hücumların 90 faizi Rusiya tərəfindən həyata keçirilib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 26 Oktyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















