Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq? MÜSAHİBƏ

Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq? MÜSAHİBƏ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naşir Bəhram Bağırzadənin SİA-ya müsahibəsini təqdim edirik:

- Bu gün uşaq jurnallarında problemlər çoxdur. Dərc olunmur, dərc olunursa, tərcümədə problem olur. Çıxış yolu nədir?

- Çıxış yolu odur ki, birinci növbədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən konkurslar, müsabiqələr keçirilməlidir. Elan olunmalıdır ki, yazıçılar öz əsərlərini yazsınlar, "e-mail"ə, poçta göndərsinlər. İnanın mənə, Respublikamızda çox istedadlı insanlar var. Yüzlərlə insan öz hekayələrini göndərəcəklər. İkinci növbədə elan edək ki, oktyabr ayında Bakı şəhərində böyük kitab sərgisi keçiriləcək. Onun masqotu kim olmalıdırsa, gəlin onu fikirləşək. Yaxud da, "Tıq-tıq xanım", "Məlikməmməd" köhnəlib. Gəlin təzə obrazlar, qəhrəmanlar fikirləşək. Niyə bizim uşaqlarımız "Spiderman"ə baxmalıdır, xarici obrazlarla tərbiyə olunmalıdır? Sabah da problemlərlə üzləşək. Bunu biz etməliyik. Bir il vaxt lazımdır. Bir ildən sonra yüzlərlə kitab çap edə bilərik. Sadəcə olaraq istəmirlər. Niyə istəmirlər, mən bilmirəm.

- İtaliyada hansı sərgiyə qatılmışdınız? Orada maraqlı məqamlar nədən ibarət idi? Azərbaycanın təqdim etdiyi məhsullar dünya ölkələri tərəfindən necə qarşılanırdı?

- Bu sərgidən üç gündür qayıtmışam. Beynəlxalq kitab sərgisi idi. 1400-ə yaxın nəşriyyat evi iştirak edirdi. 95 ölkə var idi, Azərbaycan ilk dəfə idi ki, burada iştirak edirdi. Bu, sevindirici haldır. Azərbaycandan üç, dörd nəşriyyat evi iştirak edirdi. Demək olar ki, çox kitab yox idi. Amma o demək deyil ki, yoxdur, pisdir. Həll olunası şeydir. Biz problemlərimizi gördük, artıq bilirik ki, nə etmək lazımdır. Biz 44 günə, dəqiqəyə hər şeyi edə bilərik. Sadəcə bizə rəhbər lazımdır. Düzgün rəhbər lazımdır ki, başa salsın ki, nəyi nə vaxt, necə etmək lazımdır. Hər bir sahədə belə insanlarımız olsa, problemimiz olmaz. Kitab sahəsində də bir rəhbər gəlsə ki, biz bunu 44 günə yox, bir ilə həll etməliyik. Gələn ilə biz oraya 100 kitab gətirə bilərik. Onlar görər ki, bizim də rəssamımız, yazıçımız var. Sadəcə bizə rəhbər lazımdır. Bu yaxınlarda mənə sual verdilər, cavab da verdim. Bir Alman mütəxəssisini Azərbaycana gətirməklə cüdoda nə qədər medal qazandıq. Üç qızıl, üç gümüş, nə qədər də bürünc medal qazandıq. Almanlar güləşmir ki, Azərbaycan balaları Avropada birinci yer tutdular. Ona görə, bizdə də bu sahədə bir nəfər qabağa çıxsa ki, bu sahəni bilir, rəssamlar da, yazarlar da qatılacaq. Problem axtarmayın, deməyin ki, hər şey pisdir. Hər şey əladır. Sadəcə olaraq gedib özümüzü güzgüdə gördük, bildik ki, bundan sonra nə etməliyik.

- Dünyanın müxtəlif sərgiləri, kitab evləri ilə maraqlanırsınız. Bizim onlarla oxşar və fərqli cəhətlərimiz nədir?

- Hər dəfə Heydər Əliyev Adına Beynəlxalq Hava Limanına eniş edəndə dua edirəm ki, nə yaxşı ki, mən azərbaycanlıyam. Çox gözəl ölkəmiz var. Millət kimi də çox yaxşı millətik. Sadəcə olaraq son illər müharibədən sonra itkilər bizi bir az sarsıtdı. Amma heç bir millət inciməsin, bizim millət hamısından yaxşıdır. Mən Allah etməsin, Sahil metrosunun qarşısında yıxılsam, 100 nəfər gəlib mənə kömək edəcək. Biri aptekdən dərman alacaq, biri su alacaq, biri təcili yardım maşını çağıracaq. Mən bunu xaricdə görmədim. Xaricdə hamı öz həyatını yaşayır, maraqlanmırlar ki, sən ölmüsən, ya qalmısan. Diş həkiminə gedirsən ki, dişim ağrıyır, deyir ki, vaxt təyin etməmisiniz, gedin iki həftədən sonra gəlin. Bizdə belə şey ola bilər? Bizdə ən böyük problem odur ki, nizam-intizam yoxdur. Biz əgər nizam-intizamı qaydaya sala bilsək, hər şey düzələr. Çünki biz bacarıqlı millətik.

- Bəhram bəy, bəzən deyirlər ki, "X" nəsil oxumur, amma görünən odur ki, oxuyanlar elə "X" nəslin nümayəndələridir. Müasir gənclik öz maraqlarını nəyə sərf edir?

- "X" və "Z" də var. Gələcəkdə başqaları da olacaq. Mən "Z" nəsli pisləyə bilmərəm. Çünki mənim övladlarım da o nəslə aiddir. Mənim övladlarım həm Azərbaycan dilini, həm Rus dilini bilirlər, Türk dilində təhsil alır və İngilis dilində də dərs keçirlər. Paralel olaraq da İtalyan və Alman dillərini öyrənmək istəyirlər. Həm də musiqi ilə məşğul olurlar. Deyim ki, hər şey pisdir, yox. Hər şey valideyndən və mühitdən asılıdır. O insanlar ki, təhsil almaq istəyirlər, onlara alacaqlar. Kim istəmir, təhsil almayacaq. Quranda da deyilir ki, əgər bir insan həyatını dəyişmək istəmirsə, Allah da onun həyatını dəyişməyəcək. Birinci olaraq insan özündən başlamalıdır. Qarşına məqsəd qoymalısan ki, ali məktəbə daxil olacam, siqareti, içkini tərgidəcəm. Gözəl aparıcı olmalıyam, gözəl tələbə olmalıyam, peşəkar olmalıyam. Ehtirasla, şövqlə bir işin arxasınca getməlisən. Biz 35 il əvvəl KVN-nə başlayanda gülürdülər. Bir ildən sonra Moskvada çempion olduq. 8 il sonra Bakıya kubok gətirdik, əsrin çempionu adı altında. Heç kim bizə inanmırdı, amma biz bunu etdik. Elə bilirsiniz ki, Qurban Qurbanova, Hidayət Heydərova, Fərid Mansurova gülmürlər? Amma onların arxasında iş var, gecə-gündüz səhnədə, mikrofonun qarşısında işləyirik. Sonra deyirlər ki, necə oldu? Çünki Moskvada digər komandalar məşqə vaxtında gəlirdi, biz bir saat əvvəl gəlirdik, digərləri gedirdi, biz 1-2 saat artıq qalırdıq. SƏS TV məni saat 3-də verilişə dəvət edirsə, mən 14:15-də gəlirəm. Çünki məsuliyyət hiss edirəm. Azad insanam, nizam-intizamla hərəkət edirəm. Demokratik ölkədə bizə şərait yaradılıb.

- Bəzən insanlar arasında sorğu keçirdirik. Sual verəndə ki, hansı yazıçıları tanıyırsınız? Ancaq Çingiz Abdullayevin adını çəkirlər. Niyə başqaları tanınmır?

- Çünki Çingiz Abdullayev çox güclü menecerdir. O demək deyil ki, Çingiz Abdullayev var, digərləri yoxdur. Sadəcə olaraq Çingiz bəy, o sistemi yaxşı bilir. Çoxu elə bilir ki, o şəxs kitabı yazır, satışa qoyur, onunla da satılır. Elə deyil, sən özünün meneceri olmalısan. Mən verilişdə oturub Bəhram Bağırzadənin Naxçıvan haqqında kitabını vizual göstərirəmsə, hamı görəcək və axtarışa gedəcək. Çingiz Abdullayev mənim bitirdiyim məktəbi bitirib. O hər dəfə bizimlə görüşə gələndə mən ona diqqət edirdim. Digər yazıçılar da bunu etsələr, onları da tanıyacaqlar. Halbuki bir-bir sadalaya bilərəm, amma etmirəm, gedib özləri oxusunlar.

- Bu gün gənc yazar və yazıçı arasında nə fərq var? Yoxsa ümumiyyətlə fərq yoxdu?

- Əlbəttə, fərq var. Amma indiki yazarların əsərlərini mən oxumuram. Mən deyirəmsə, Üzeyir Hacıbəyov Azərbaycanın bəstəkarıdır, bu o demək deyil ki, digərləri bəstəkar deyil. Mən gənc yazıçılara pis demirəm, sadəcə oxumuram. Mənim təbiətimə uyğun gəlmir. 80-90-cı illərdə oxuduğum kitabları təkrar oxuyuram. İndi də Anarın əsərlərini oxuyuram. Natiq Rəsulzadəni oxuyuram, mənə yaxındır. İndiki əsərlərdə olan qadın-kişi münasibətləri mənə uyğun deyil, mən köhnə kişilər kimi bu dünyadan köçəcəyəm. Söhbət Sovet dövründən getmir, mənim cavanlığımdan gedir. Elə mühitdə yaşamışam ki, xoşbəxtəm ki, o mühitdə yaşamışam. Mənim çox sevdiyim yazıçı deyib ki, biz artıq bir dəfə cənnətdə yaşamışıq, o da bizim uşaqlığımız olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri