Icma.az
close
up
RU
Öyrənməyin yaşı yoxdur: Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi REPORTAJ AZƏRTAC

Öyrənməyin yaşı yoxdur: Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi REPORTAJ AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsmayıllı, 22 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

Ətrafdakı tələbələrin çoxu onun nəvəsi yaşındadır. Ancaq bu, onu öz yolundan çəkindirmir. 68 yaşlı Qətibə İsayeva peşə öyrənmək üçün parta arxasında oturmaq qərarına gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin “Qənnadıçı-şirniyyatçı” ixtisasına qəbul olan Qətibə xanım 1956-cı ildə Bakıda anadan olsa da, ailə həyatı qurduqdan sonra İsmayıllı rayonunda yaşayıb. Hazırda evdar xanımdır, eyni zamanda, təqaüdçüdür. Oxumaqdan, bilik və bacarıqlarını artırmaqdan yorulmayan müsahibimiz övladları, doğmaları üçün tez-tez bir-birindən dadlı şirniyyatlar da bişirir. Qənnadıçılığı bacarsa da, bu peşənin sirlərini daha da dərindən öyrənmək istəyib və ona görə də Peşə Təhsil Mərkəzində yeni biliklərə yiyələnir.

“Müasir gənclər oxumağa, ali təhsil almağa çalışırlar. Amma peşə təhsilinə də önəm vermək lazımdır. Hər yaşda peşəyə yiyələnmək yaxşıdır, xüsusən də qadınlar üçün. Ola bilər ki, hansısa səbəbdən oxuya bilməyiblər, özlərini göstərə bilməyiblər, amma həvəsləri var. Qoy gəlsinlər, peşə məktəbində təhsil alsınlar, öz bilgilərini artırsınlar. Hələ öyrənəsi çox şey var”, – deyə o, fikirlərini bizimlə bölüşüb.

Qətibə xanım deyir ki, Bakı şəhərində 239 nömrəli tam orta məktəbi bitirdikdən sonra universitetə daxil olmaq üçün imtahan versə də, qəbul ola bilməyib. Həyatın çətinlikləri səbəbindən təhsil almaq imkanından məhrum olan müsahibimiz, gənclik illərində ailəsinə dəstək olmaq üçün müxtəlif işlərdə çalışsa da, təhsil almaq arzusu həmişə ürəyində qalmışdı. Hər yeni başlanğıcda olduğu kimi, bu yolda da çətinlikləri az olmayıb. Texnoloji biliklərinin zəif olması, fiziki yorğunluq və digər amillər ilk günlərdə ona çətinlik törətsə də, Qətibə İsayeva heç vaxt geri çəkilməyib: “Ən çətin anlarda belə geri çəkilməmək lazımdır. Hər dəfə bir az irəliləyiş gördükcə, özümə daha çox güvənirəm. Hər bir azərbaycanlı qadını kimi şirniyyat bişirməyə böyük həvəsim var, xüsusən də milli şirniyyatları bişirməyə. Amma gördüm ki, hər sahədə olduğu kimi, burada da yeniliklər var və mən onlardan xəbərdar deyiləm. Müəyyən təcrübəm olsa da, düşündüm ki, bu sahəni daha yaxşı öyrənməliyəm”.

İstehsalat təlim ustası Kəmalə Qurbanova bildirir ki, 68 yaşlı Qətibə İsmayılovanın məktəbə gəlişini böyük maraq və heyranlıqla qarşılayıb: “Onun yaşı və öyrənmək həvəsi müəllimlər və tələbələrin diqqətini çəkib. Qətibə xanımın enerjisi və öyrənmək həvəsi həqiqətən alqışalayiqdir. O, hər bir tapşırığa diqqətlə yanaşır”.

Tələbə yoldaşları isə onunla dərs keçməyin fərqli və maraqlı olduğunu deyirlər.

Onun bu yaşda təhsil almaq qərarı, yalnız özünü inkişaf etdirmək məqsədi daşımır, həm də gənclərə həvəs verir, öyrənməyi sevdirərək yeni yanaşmalar ortaya qoyur. Bu amil həm məktəbin mühitini zənginləşdirir, həm də öyrənməyin heç vaxt gec olmadığını sübut edir.

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırovun sözlərinə görə, mərkəzdə tədris olunan ixtisaslar regionda fəaliyyət göstərən şirkətlərin və ya müəssisələrin tələb və sorğuları əsasında tədris olunur. Bu, həm də tələb-təklif əsasında formalaşır.

Xatırladaq ki, hazırda İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində arıçı, xalçaçı, qrafik dizayner, kompüter təmiri, dərzi, bərbər, geyim üzrə dizayner, qaynaqçı, qənnadıçı-şirniyyatçı, aşpazlıq, kənd təsərrüfatı ixtisaslarında 523 tələbə təhsil alır. Tələbələrə xüsusi proqramla praktiki və nəzəri qaydada peşənin mənimsənilməsi üçün dərslər keçilir, eyni zamanda, onlara müasir avadanlıqlarla səmərəli işləmək qaydası öyrədilir. Qrup üçün lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqları təşkil edilib. Peşəkar mütəxəssislər tərəfindən iştirakçılara nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunur.

Bir sözlə, 68 yaşlı Qətibə İsayevanın həyat hekayəsi sübut edir ki, oxumaq və öyrənmək heç vaxt gec deyil. Qətibə xanımın əzmi və qətiyyəti gənc nəsillərə və təhsildən kənarda qalan hər kəsə nümunədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri