Icma.az
close
up
RU
Oyun insanı belə öldürür: Dopamin ifrazı artır, “mükafat sistemi” aktivləşir və...

Oyun insanı belə öldürür: Dopamin ifrazı artır, “mükafat sistemi” aktivləşir və...

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində işdən kənar vaxtda Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb. 

Məlumata görə, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən olunub. Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış. Həmçinin, Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğu bildirilib. O, ailəli və 1 uşaq atası imiş. Faktla bağlı araşdırmalar davam etdirilir. 

Göründüyü kimi, internet oyunlarından asılılıq artıq ölümə də səbəb olub. İnternet oyunlarına aludəçilik insan psixikasında hansı dəyişikliklərə səbəb olur? Bu asılılıq hansı mərhələdən sonra təhlükəli hala gəlir? 

Belə vəziyyətlərdə ailənin və cəmiyyətin üzərinə hansı vəzifələr düşür? Bunun qarşısını almaq üçün hansı ilkin psixoloji və sosial tədbirlər görülə bilər?
“Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında psixoloq-pedaqoq Zeynəb Əyyubova qeyd edib ki, oyun asılılığı real həyatdan qaçış formasıdır və psixi pozuntulara yol açır. Onun sözlərinə görə, müntəzəm oyun oynayan şəxslərdə yuxusuzluq, diqqət dağınıqlığı, əsəbilik və depressiv əlamətlər yaranır: 

“Son illər internet oyunlarına aludəçilik yalnız uşaq və gəncləri deyil, artıq ailəli, işləyən insanları da təsiri altına alıb. Təəssüf ki, bu halların bəziləri faciəvi sonluqla bitir. İnternet oyunları insanda dopamin ifrazını süni şəkildə artırır. Bu zaman beyində “mükafat sistemi” aktivləşir və şəxs müvəqqəti xoşbəxtlik hissi yaşayır. 

Lakin bu hal davam etdikcə, real həyatda maraq azalır, sosial münasibətlər zəifləyir, emosional tənzimləmə pozulur. Yuxusuzluq, diqqət dağınıqlığı, əsəbilik və depressiv əlamətlər meydana çıxır. Oyun asılılığı olan insanlar tədricən gerçək həyatdan uzaqlaşır və oyun onların “təhlükəsiz zonası”na çevrilir. 

Əgər insan oyun oynamadığı zaman panika, əsəbilik, boşluq hiss edirsə, bu artıq psixoloji asılılıqdır. Daha ağır mərhələdə şəxs borclanmağa, iş və ailə münasibətlərini pozmağa, sosial təcridə meyilli olmağa başlayır. Bəzi hallarda bu vəziyyət özünəqapanma və intihar düşüncələrinə qədər çata bilər”. 

Zeynəb Əyyubova deyib  ki, oyun asılılığı ilə mübarizədə ailə və cəmiyyətin dəstəyi həlledici rol oynayır: 

“Ailə üzvləri mühakimə etmədən, sevgi və anlayışla yanaşmalı, həmin şəxsin niyə bu aludəçiliyə düşdüyünü anlamağa çalışmalıdır. Onlara “oyun oynama” demək kifayət deyil, əsas məsələ, onun psixoloji ehtiyacını başa düşməkdir. 

Cəmiyyət səviyyəsində isə maarifləndirici layihələrə, psixoloji dəstək xidmətlərinə ehtiyac var. Xüsusilə yüksək stresli sahələrdə çalışan peşə sahibləri, məsələn, xilasedicilər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları mütəmadi olaraq psixoloji dəstəyə cəlb olunmalıdır”. 

Psixoloq-pedaqoq bu asılılığın qarşısını almaq üçün vacib tövsiyələr verib: 

“Bunlardan birincisi, erkən yaşlardan balanslı texnologiya vərdişləri formalaşdırmaqdır. Bu asılılığın qarşısını almaq üçün əsasən boş vaxtın sağlam alternativlərlə – idman, incəsənət, sosial fəaliyyətlə doldurulması vacibdir. 

Həmçinin, məktəblərdə və iş yerlərində psixoloji maarifləndirmə tədbirləri keçirilməlidir. Asılılıq riski olan şəxslərə psixoloji yardım əlçatan olmalıdır. Valideynlərin və ailə üzvlərinin psixoloji bilgilərlə təchiz olunması olduqca vacibdir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Oyun asılılıq İnternet Zeynəb Əyyubova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri