Icma.az
close
up
RU
“Məktəblilər Ədibin Evində” layihəsi Balaxanı neftçilərinin dəstəyi ilə davam edəcək FOTO

“Məktəblilər Ədibin Evində” layihəsi Balaxanı neftçilərinin dəstəyi ilə davam edəcək FOTO

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ötən ildən etibarən “Ədibin Evi” və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən, 200-dən çox Bakı məktəblisinin iştirak etidyi "Məktəblilər Ədibin Evində" layihəsi bu il “Balakhani Operating Company LTD”-nin dəstəyi ilə davam edəcək.

2025-ci ilin ilk görüşündə İçərişəhərdə yerləşən Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın yaşadığı tarixi ünvan - “Ədibin Evi”ni paytaxtın ən qədim məktəblərindən biri-Sabunçu rayonunda yerləşən “üç əsrin şahidi”, 67 saylı tam orta məktəbin şagirdləri və Azərbaycan dili və ədəbiyyatı üzrə müəllimləri ziyarət ediblər. Qeyd edək ki, XIX əsrin sonunda Bakı Neft Sənayeçiləri Qurultayının qərarı ilə açılan məktəb Balaxanı-Sabunçu-Ramana neft mədənlərində çalışan fəhlələrin uşaqlarına təhsil vermək üçün təsis edilib.

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva məktəblilərlə Mir Cəlalın həyat və yaradıcılığı ilə bağlı söhbət aparıb. Bildirib ki, fəaliyyət illərinin əsas hissəsi Sovet dövrünə düşsə də, ədib əsərlərində mövcud senzuraya rəğmən bədii yollarla daim müasirlik, maarifçilik, müstəqillik və azərbaycançılıq ideyalarını təbliğ edib, gələcək nəsillər üçün bu toxumları səpib. Mir Cəlalın sitatına müraciət edərək Şəfəq Mehrəliyeva vurğulayıb ki, “günəş torpağın dərinliklərinə nüfuz edib onu bahar həyatına oyadan kimi, kitab da bəşəriyyətin ən geniş təbəqələrini həyata, azadlığa, səadətə çağırmaqdadır”.

Məktəblilərlə söhbəti davam edən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi idarəsinin rəis müavini Günel Səfərova isə bildirib ki, təhsil və fərdin müstəqil düşüncə qabiliyyəti arasında birmənalı əlaqə var. O vurğulayıb ki, kitaba sevgi və qiraət ən gənc yaşdan insanın yaradıcı və tənqidi təfəkkürünü genişləndirir, həyatını təhlil edib qiymətləndirmək bacarığı aşılayır və nəticədə cəmiyyətin daha faydalı üzvünə çevirir. Bu ay 35 illiyini qeyd etdiyimiz Qara Yanvar hadisələrini nümunə gətirərək Günel Səfərova deyib ki, Sovet İttifaqının süqutunu tezləşdirən həmin hadisələr Qarabağdakı haqsızlıqlara etiraz səsini ucaldan məhz tənqidi təfəkkürlü xalqın səsini batırmaq cəhdi idi. Lakin Azərbaycan xalqı müstəqillik istəyindən geri dönməyib, qurbanlar bahasına sonunda öz müstəqilliyini bərpa etdi. İlk müstəqillik tariximizdə də, həmçinin əsrlərlə aralarında ədavət aparıb birləşə bilməyən Azərbaycan xanlıqlarını müstəqil dövlətə xaricdə təhsil alıb mütərəqqi ideyalarla qayıdan ziyalılar çevirdi. “Təhsil namümkünü mümkün edəndir”, deyərək Günel Səfərova məktəblilərə təhsillərində uğurlar arzulayıb.

"Məktəblilər Ədibin Evində" layihəsinin məqsədi gənclər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin milli ədəbiyyat vasitəsi ilə azərbaycançılıq ideyaları ilə tanış olmasını təmin etməkdir.

Bu il layihəni dəstəkləyən “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev şirkətin qərarını şərh edərək bildirib: “Ölkəmiz yeni neft erasına qədəm qoyduqdan bəri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda çoxsaylı təhsil proqramları vasitəsi ilə Prezident İlham Əliyev tərəfindən davam etdirilən “qara qızıl”ın “insan qızılı”na çevrilməsi siyasəti şirkətimiz üçün sosial məsuliyyət layihələri seçərkən prioritet istiqamətdir. Azərbaycanın son 30 ildə qüdrətli dövlətə çevrilməsinin təməlində onun insanının zəkazı və əməyi durur. Ümid edirik, fəaliyyət göstərdiyimiz Sabunçu və Suraxanı rayonu ərazilərindəki məktəblilər bu il “Ədibin Evi”ndəki görüşlərdə iştirak edərək dövlətimizi yeni uğurlara aparan nəslin nümayəndələri kimi formalaşacaqlar.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri